Icma.az
close
up
RU
150 manata görə qadını döydü Əfsanə arvadımın saçını yoldu

150 manata görə qadını döydü Əfsanə arvadımın saçını yoldu

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Goranboy rayonunda 35 yaşlı kişi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qadına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy şəhəri, S.Vurğun küçəsində baş verib. 1991-ci il təvəllüdlü Əfqan şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əfsanənin (adlar şərtidir – red.) sol göz nahiyəsindən yumruqla vurub. 
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən Əfsanəni tanıyır: “Təxminən 2 il əvvəl yaşamağa yerim olmadığı üçün əvvəllər Əfsanənin yaşadığı binada yerləşən otağın qapısını sındırdım. Buna görə də Əfsanə qapının sındırılmasına görə məndən 150 manat tələb etdi. Lakin, maddi imkanım olmadığı üçün pulu verə bilmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, baş verən hadisə günü, saat 13 radələrində həyat yoldaşı Sevil ona zəng edib və Əfsanənin anası Gülgəzlə yaşadığı ünvana gəldiyini, 150 manat tələb etməsini və onu döşəməsilən ağacla vurduğunu bildirib: “Buna görə də iş yerimdən taksi ilə yaşadığım evə gəldim. Həmin vaxt Əfsanə və anası Gülgəz küçədə olublar. Daha sonra həyat yoldaşım ilə Əfsanəgilin arxasınca getdim. Əfsanəyə bir ay səbirli olmasını, qapını təmir etdirəcəyimi bildirdim. Bu zaman Əfsanə əlində olan çantanı arvadıma tərəf ataraq kürək nahiyəsindən vurdu və saçından tutaraq yolan zaman yumruğum ilə bir dəfə Əfsanənin sol göz nahiyəsindən vurdum. Bu zaman Əfsanənin anası bizi aralaşdırdı. Daha sonra onlar getdilər”. 
İş üzrə zərərçəkmiş Əfsanənin sözlərinə görə, təqsirləndirilən Əfqanı tanıyır, onunla münasibəti yaxşı olmayıb: “2023-cü ildə Goranboy şəhərində müvəqqəti yaşadığım evin qapısını Əfqan sındırıb. Bununla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparıldı. Əfqan qapını qırdığı üçün mənə 150 manat borcu yarandı. O, pulu verəcəyini bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək vermədi. Daha sonra anam ilə birlikdə Əfqandan pulumu almaq üçün onun yaşadığı evə getdim. Biz çöldən Əfqanı çağırdıq. Onun arvadı Sevil çölə çıxdı. Sevildən mənə olan 150 manat borcu verməsini bildirdim. O, isə pulu verməyəcəyini bildirdi və həyat yoldaşı Əfqanı çağıraraq bizi döydürəcəyini dedi. Sonra Sevil kiməsə zəng edərək Əfqanı evə gətirməsini dedi. Anam onların bizi şərləyəcəyini bildirərək getməyimizi dedi. Daha sonra həyətdən uzaqlaşan zaman Əfqan tanımadığım avtomobillə gəldi. Həmin vaxt biz piyada gedirdik. Əfqan həyat yoldaşı Sevil ilə arxamız ilə gələrək mənə dayanmağımı bildirdi. Mən isə dayanmayaraq anam ilə piyada hərəkətə davam etdik. Daha sonra Əfqan arxamızca qaçaraq çatdı. Mən Əfqana “gedək polis şöbəsinə, mənim pulumu polis əməkdaşlarının iştirakı ilə ver” dedim. Bu zaman o, yumruğu ilə bir neçə dəfə baş nahiyəmdən vurdu. Əfqanın yumruğunun biri göz nahiyəmə xəsarət yetirdi. Mən də Əfqandan polisə şikayət edəcəyimi bildirdim. O, isə “hara şikayət edirsən et” dedi. Daha sonra anam məni Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirdi. Mənə tibbi yardım göstərildi”. 
Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Sevili döşəmə silən ağacla döyməyib, nə də çantası ilə onun kürək nahiyəsindən vuraraq saçından dartmayıb: “Sevil yalan danışaraq mənə şər atır, hadisə zamanı ictimai qayda pozulmayıb. Aramızdakı mübahisə qısa müddətli olub. Mübahisə zamanı Sevil və ya Əfqan mənə qarşı nalayiq ifadə, şərəf və ləyaqətimi alçaldacaq hər hansı ifadə işlətməyib. Mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə ərzində baş verib”.
Bu cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Goranboy rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə onun üzərində bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri