150 yaşlı Azərbaycan mətbuatı: Üç əsrdən boy göstərən şərəfli yol | Icma.az
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Elçin Quliyev, YAP Nərimanov Rayon Təşkilatının sədri Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur.
1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.
1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib.
XIX əsr Çar Rusiyasında yaşayan xalqlar üçün bir intibah dövrü idi.
Rus şovinizminin ağır şərtləri altında yaşayan çoxsaylı xalqların ziyalı təbəqəsi milli oyanışa öz töhfələrini verməyə başlamışdılar.
Bu oyanışın məntiqi nəticə qazanması üçün isə ilk növbədə hər bir xalqı təşkilatlandıran, onu milli dəyərlərə sahib çıxmağa təşviq edən mətbuat lazım idi.
Çox təəssüf ki, Çar hökumətinin ağır şərtləri və rus şovinizmi qeyri-rus xalqlara öz mətbu orqanlarını yaratmağa imkan vermirdi.
Tam oxu
Xəbəri oxu