Icma.az
close
up
RU
150 yaşlı Azərbaycan mətbuatı: Üç əsrdən boy göstərən şərəfli yol

150 yaşlı Azərbaycan mətbuatı: Üç əsrdən boy göstərən şərəfli yol

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Elçin Quliyev,

YAP Nərimanov Rayon Təşkilatının sədri

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur.

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.  1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib.

XIX əsr Çar Rusiyasında yaşayan xalqlar üçün bir intibah dövrü idi. Rus şovinizminin ağır şərtləri altında yaşayan çoxsaylı xalqların ziyalı təbəqəsi milli oyanışa öz töhfələrini verməyə başlamışdılar. Bu oyanışın məntiqi nəticə qazanması üçün isə ilk növbədə hər bir xalqı təşkilatlandıran, onu milli dəyərlərə sahib çıxmağa təşviq edən mətbuat lazım idi.

Çox təəssüf ki, Çar hökumətinin ağır şərtləri və rus şovinizmi qeyri-rus xalqlara öz mətbu orqanlarını yaratmağa imkan vermirdi. Bu istiqamətdə atılan addımlar birmənalı şəkildə nəticəsiz qalırdı. Təkcə bir faktı qeyd edək ki, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi milli mətbuat orqanını təsis etmək üçün 15 ilə yaxın mübarizə aparmışdı. 1861-1865-ci illərdə Moskva Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil aldığı illərdə belə, Azərbaycan dilində qəzet nəşr etmək istəmişdi. Lakin onun təşəbbüslərinin qarşısı hər dəfə müxtəlif vasitələrlə alınmışdı.

Nəhayət, uzun və gərgin mübarizədən sonra 1875-ci ildə Zərdabi öz arzusuna çatdı və istədiyi qəzetin nəşri üçün Bakı qubernatorundan icazə aldı.

Təbii ki, bu icazədə kifayət qədər ağır şərtlər vardı. Çünki Çar hökuməti milli mətbuatın formalaşmasında maraqlı deyildi. Ona görə də Həsən bəy Zərdabiyə ictimai-siyasi qəzet yox, əkin-biçin məlumatları yaymaq hüququ verilmişdi. Bu səbəbdən də qəzetin adı “Əkinçi” adlandırıldı.

Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakı təkcə Qafqazın iqtisadi deyil, həm də mədəni mərkəzinə çevrilmişdi. O zamankı Bakıda çoxsaylı rus, gürcü, erməni və digər xalqların xeyriyyə cəmiyyətləri və qəzetləri fəaliyyət göstərirdi. Bu qədər qarşıdurma və rəqabət şəraitində milli mətbuatı formalaşdırmaq və inkişaf etdirmək çox çətin idi. Etiraf etməliyik ki, o dövrdə “Əkinçi” milli mətbuatın yeni nəsli üçün bir mayak, bələdçi oldu.

Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda onun qurucularının demək olar ki, əksəriyyəti yazarlar və mətbuat cameəsinin nümayəndələri idilər.

Sovet dönəmində mətbuat yalnız texniki baxımdan inkişaf etdi. Çünki 70 il ərzində bir dənə də olsun müstəqil mətbu orqanı fəaliyyət göstərmədi. Daha doğrusu, müstəqil mətbuatın fəaliyyətinə imkan verilmədi.

Buna görə də bütün media subyektləri partiya təşkilatlarının və dövlət qurumlarının orqanı kimi fəaliyyət göstərdi. Lakin senzuranın pik həddə olduğu SSRİ dönəmində belə əzmkar jurnalistlərimizin səyi ilə Zərdabi ənənələri unudulmadı.

Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə mətbuatın inkişafı, ilk növbədə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət yalnız mətbuata qayğı göstərmirdi, həm də media ilə fəal əməkdaşlıq edirdi. Onun bütün səfərlərinə, görüşlərinə müxtəlif mətbuat nümayəndələri dəvət olunurdu. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə jurnalistlərlə hər il geniş tərkibdə görüşlər keçirirdi. Bununla da mətbuatın dövlətçilik və cəmiyyət üçün əhəmiyyəti xüsusi şəkildə vurğulanırdı.

Azad mətbuatın inkişafını demokratik cəmiyyətin əsası kimi görən dahi öndər 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə hesab olunur.

Həmin fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Üstəlik, “Hərbi senzura yaradılması haqqında” 16 aprel 1992-ci il tarixli fərman və “İnformasiya yayımı üzərində nəzarət haqqında” 15 aprel 1993-cü il tarixli sərəncam ləğv edildi.

Bununla da azad sözün və demokratik medianın inkişaf yolundakı bütün əngəllər aradan qaldırıldı.

1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuat sahəsində demokratik prinsiplərin daha da möhkəmlənməsinə xidmət etdi. Bu sənəd bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına və yeni mətbuat orqanlarının daha asan qeydiyyatına imkan yaratdı.

2003-cü il martın 15-də isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Nəzərə alaq ki, bu addımın azad mətbuatın inkişafında xüsusi rolu var. 22 ildən çoxdur davam edən fəaliyyəti müddətində Mətbuat Şurası jurnalistikanın inkişafında önəmli rol oynamağı bacarıb.

Demokratik və sivil dövlət quruculuğuna sadiqliyini əyani şəkildə sübut edən Azərbaycan Prezidenti İlham Əliyevin mediaya xüsusi yanaşması hər zaman göz önündə olub. Onun həyata keçirdiyi siyasət birbaşa müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edir. Azərbaycan hökuməti söz və mətbuat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı üçün bütün zəruri addımları atıb və atmağa davam edir.

2005-ci ildə milli mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi Prezidentin sərəncamı ilə fəxri adlara və digər mükafatlara layiq görüldü. Həmin dövrdə dövlət başçısının təşəbbüsü ilə “Əməkdar jurnalist” fəxri adı da bərpa edildi.

Azərbaycan Prezidentinin 8 fevral 2006-cı il tarixli sərəncamı isə mətbuat üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu sənədə əsasən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan bütün borcları tamamilə silindi. Bu, azad sözün inkişafına böyük dəstək və stimul oldu.

Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.

Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.

Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin savaş günlərində dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirdi.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar.

44 günlük Vətən müharibəsində və postmüharibə dövründə milli mətbuatın göstərdiyi birlik, vətənpərvərlik və peşəkarlıq bir daha sübut etdi ki, Azərbaycan mediası bu gün təkcə məlumat daşıyıcısı deyil, həm də milli iradənin, ideoloji gücün və ictimai həmrəyliyin önəmli dayağıdır.

Bu gün Azərbaycanın milli mətbuatı 150 illik yubileyini dövlət və xalqın birgə bayramına çevirməklə həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaşadır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.

Jurnalistlərə bu şərəfli yolda uğurlar arzulayır, bayramlarını təbrik edirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri