Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aqil Camal Bu günlər 50 yaşının tamam olması səbəbilə jurnalist dostumuz Seymur Verdizadə haqqında media camiəmizdən, cəmiyyətin ən müxtəlif təbəqələrindən çoxsaylı yazılar, təbrik mətnlərini oxuyuruq.
Seymur Verdizadə ilə bağlı ifadə olunan istər şəxsi, istərsə ictimai məzmunlu fikirlərdəki səmimiyyət, qəti şübhə doğurmayan ölçüdədir.
Buna, Seymuru uzaqdan, yaxından tanıyan hər kəs əmindir. Seymur Verdizadə həqiqətən, yaxşı insan, yaxşı dost, həmkardır.
Bu xüsusiyyətlərini onu tanıyanlar, doğmaları, dostları, həmkarları bilir.
Ancaq, Seymurun bir jurnalist, publisist, ictimai lider olaraq 30 ili əhatə edən fəaliyyəti ölkədə daha çox insana məlumdur və hər zaman rəğbətlə qarşılanıb.
Seymur Verdizadənin jurnalistikasında əsas ağırlığı “köşə yazarlığı” təşkil edib.
Cəmiyyətin içindən gələn, ən müxtəlif problemlərə işıq salan, bəzən də, ola biləcək riskləri gözə alaraq qələmə aldığı köşə yazıları bir çox hallarda problemlərin həllinə vəsilə olub.