Icma.az
close
up
RU
150 yaşlı Mətbuat babanın 50 yaşlı Övladı

150 yaşlı Mətbuat babanın 50 yaşlı Övladı

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aqil Camal

Bu günlər 50 yaşının tamam olması səbəbilə jurnalist dostumuz Seymur Verdizadə haqqında media camiəmizdən, cəmiyyətin ən müxtəlif təbəqələrindən çoxsaylı yazılar, təbrik mətnlərini oxuyuruq. Seymur Verdizadə ilə bağlı ifadə olunan istər şəxsi, istərsə ictimai məzmunlu fikirlərdəki səmimiyyət, qəti şübhə doğurmayan ölçüdədir. Buna, Seymuru uzaqdan, yaxından tanıyan hər kəs əmindir.

Seymur Verdizadə həqiqətən, yaxşı insan, yaxşı dost, həmkardır. Bu xüsusiyyətlərini onu tanıyanlar, doğmaları, dostları, həmkarları bilir. Ancaq, Seymurun bir jurnalist, publisist, ictimai lider olaraq 30 ili əhatə edən fəaliyyəti ölkədə daha çox insana məlumdur və hər zaman rəğbətlə qarşılanıb.

Seymur Verdizadənin jurnalistikasında əsas ağırlığı “köşə yazarlığı” təşkil edib. Cəmiyyətin içindən gələn, ən müxtəlif problemlərə işıq salan, bəzən də, ola biləcək riskləri gözə alaraq qələmə aldığı köşə yazıları bir çox hallarda problemlərin həllinə vəsilə olub. Eyni zamanda, bu yazılar oxucularının yaddaşında yer alıb, aktuallığını saxlayıb. Seymurun hansısa köşə yazısından iqtibas gətirən oxuculara şəxsən şahidi olmuşam. Elə Seymur özü də yeri gəldikcə “filan köşəmdə yazmışdım ki…” deyərək yazllarından əzbər cümlələr söyləməyi sevir.

Seymur Verdizadənin köşə yazarlığında bəlkə də, çoxlarına məlum olmayan bir tekniki üslubu da bu gün açıqlamaq yerinə düşər. Uzun illərdir kompüter klaviaturasında əla yazmasına baxmayaraq Seymur köşə yazılarını öncə qələmlə kağıza yazır, onu sonra elektrona çevirir. Burda da, bəlkə də peşəyə gerçək bağlılıq, sevgi anlamında bir məna var…

Seymur Verdizadənin media fəaliyyəti yalnız yazı yaradılığı ilə məhdud deyil. Uzun illərdir, sədri olduğu Jurnalist Araşdırmaları Mərkəzi vasitəsilə həm də, media sahəsində uğurlu təşkilatçı, maarifçi fəaliyyətini davam etdirir. Bu istiqamətdə müxtəlif layihələrin icrasına rəhbərlik edir.

Bu il Seymur Verdizadənin 50 yaşının tamam olması həm də, Azərbaycan mediası üçün əlamətdar bir hadisə ilə eyni vaxta - Azərbaycan mətbuatnının 150 illiyinə təsadüf edir. Son günlərdə media camiəsindən Seymur Verdizadə ilə bağlı yuxarıda qeyd etdiyim qiymətləndirmələr, eyni zamanda, Mili Məclisin Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Mətbuat Şurası tərəfindən jurnalistika sahəsindəki fəaliyyətinə görə edilən təltiflər, məncə, yüksək dəyərləndirmə meyarı sayıla bilər. Bu meyarların qarşıda gözlənilən Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı təltiflərdə Seymurla bağlı əsas götürülməsini arzu edirəm.

Seymur Verdizadə uzun illərə dayanan səmərəli və fədakar jurnalist fəaliyyətinə görə bu dəyəri haqq edir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri