“1500 manatlıq yardım” elanı yalandı ALDANMAYIN

15.01.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" ilə bağlı elanlar yayılıb.

Milli.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən həmin məlumatların saxta olduğu və həqiqəti əks etdirmədiyi bildirilib.

"Sözügedən paylaşımların "mygov" platforması ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir. 

Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız "mygov"un  rəsmi kanallarını izləməyə çağırırıq", - məlumatda vurğulanıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью