“1500 manatlıq yardım” elanı yalandı ALDANMAYIN
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" ilə bağlı elanlar yayılıb.
Milli.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən həmin məlumatların saxta olduğu və həqiqəti əks etdirmədiyi bildirilib.
"Sözügedən paylaşımların "mygov" platforması ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.
Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız "mygov"un rəsmi kanallarını izləməyə çağırırıq", - məlumatda vurğulanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















