Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Nə neft milyarderi, nə də milyard dollarlıq investisiya fondu...
Bu çempionluğun arxasında cəmi 1500 nəfərlik balıqçı qəsəbəsinin inamı, ağlı və ehtirası dayanır.
Qaynarinfo xəbər verir ki, İsveçin cənubundakı tələffüzü çətin olan Hallevik qəsəbəsindən doğan "Myallbi" möcüzəsi, müasir futbolun pula əsaslanan quruluşuna səssiz, lakin təsirli bir etiraz kimi dəyərləndirilir.
Qapıda İsveçin Petr Çexi adlandırılan Noel Tornkvist, cinahda "Bayer"in Qrimaldosunu xatırladan Elliot Stroud...
Bəs bu möhtəşəm mövsümü mümkün edən nə idi? Təsadüfmü, yoxsa mükəmməl bir planın nəticəsimi?
Futbol təkcə böyük şəhərlərin dolu tribunalarında və ya milyonlarla avro xərclənən heyətlərdə deyil, bəzən xəritədə yerini tapmaqda çətinlik çəkilən kiçik məkanlarda da öz mənasını tapır.
Müasir futbolun pul, prestij və gücə söykənən sistemində ağıl, intizam və inamla qazanılan uğurlar hələ də fərq yaradır və diqqət cəlb edir.
Bu mövsüm fərq yaradan hekayələrdən biri İsveçin kiçik balıqçı qəsəbəsi Hallevikdə yazıldı.