Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

1500 nəfərlik balıqçı qəsəbəsinin Çempionlar Liqası arzusu: Myallbi bütün qaydaları dəyişdi

1500 nəfərlik balıqçı qəsəbəsinin Çempionlar Liqası arzusu: Myallbi bütün qaydaları dəyişdi

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nə neft milyarderi, nə də milyard dollarlıq investisiya fondu... Bu çempionluğun arxasında cəmi 1500 nəfərlik balıqçı qəsəbəsinin inamı, ağlı və ehtirası dayanır. 

Qaynarinfo xəbər verir ki, İsveçin cənubundakı tələffüzü çətin olan Hallevik qəsəbəsindən doğan "Myallbi" möcüzəsi, müasir futbolun pula əsaslanan quruluşuna səssiz, lakin təsirli bir etiraz kimi dəyərləndirilir. Qapıda İsveçin Petr Çexi adlandırılan Noel Tornkvist, cinahda "Bayer"in Qrimaldosunu xatırladan Elliot Stroud... Bəs bu möhtəşəm mövsümü mümkün edən nə idi? Təsadüfmü, yoxsa mükəmməl bir planın nəticəsimi?

Futbol təkcə böyük şəhərlərin dolu tribunalarında və ya milyonlarla avro xərclənən heyətlərdə deyil, bəzən xəritədə yerini tapmaqda çətinlik çəkilən kiçik məkanlarda da öz mənasını tapır. Müasir futbolun pul, prestij və gücə söykənən sistemində ağıl, intizam və inamla qazanılan uğurlar hələ də fərq yaradır və diqqət cəlb edir.

Bu mövsüm fərq yaradan hekayələrdən biri İsveçin kiçik balıqçı qəsəbəsi Hallevikdə yazıldı. "Myallbi" İsveçin 1-ci Futbol Liqası Allsvenskandə sona üç tur qalmış əldə etdiyi tarixi çempionluqla futbolun hələ də sədaqətlə və fədakarlıqla qazanıla biləcəyini göstərib.

Qazanılan bu uğur təkcə İsveç futbolu üçün deyil, ümumən Avropa futbolu baxımından da diqqətçəkici hadisə sayılır. 2015–2016 mövsümündə İngiltərə Premyer Liqaında "Lester"in yaratdığı möcüzədən bəri bu ölçüdə sensasiyalı bir hekayə yaşanmamışdı. Həmin dövrdə "Myallbi" İsveçin üçüncü liqasında çıxış edirdi.

Son illərdə Skandinaviya futbolu da oxşar yüksəlişlərə şahidlik edir. Danimarkanın "Midilyand” və Norveçin "Bodo/Qlimt” klubları Avropa səhnəsində sərgilədikləri oyunlarla diqqət çəkiblər. İsveç futbolunun da belə bir hekayəyə ehtiyacı var idi və "Myallbi" bu boşluğu möhkəm şəkildə doldurdu.

İsveçdə tətbiq olunan və klubların azı 51 faizinin azarkeşlərə məxsus olmasını tələb edən model, ölkə futbolunun əsas dayaqlarından biri kimi qiymətləndirilir. Bu model sayəsində 2000-ci illərin əvvəlində liqada bir çox klub çempionluq yaşayıb, bərabər rəqabət mühiti formalaşmışdı.

Lakin son 15 ildə "Malmö” doqquz dəfə çempion olaraq bu balansı pozmağa başlamışdı. Buna görə də "Myallbi"nin yüksəlişi həmin təkrəngli mənzərəyə güclü bir cavab oldu. Üstəlik, bunu "Malmö”nün büdcəsinin cəmi 15 faizi ilə etmək, bu uğurun dəyərini daha da artırdı.

Klub prezidenti Maqnus Emeus "Associated Press" agentliyinə verdiyi müsahibədə demişdi: "Əgər liqanı qazanarıqsa, bizim şərtlərimizdə bunu bacaran başqa bir klub təsəvvür etmirəm. Klubun ölçüləri, imkanlarımız, maliyyə gücümüz bəllidir. Bir mövsüm ərzində digərlərini keçmək çox çətin idi".

Klub direktoru Yakob Lennartsson isə bu uğuru belə izah edib: "Nağıl kimidir. Artıq tez-tez bizə "Bunu necə edirsiniz? deyə sual verirlər. Bu, təkcə bu ilin deyil, illərin zəhmətinin nəticəsidir".

Liqanın 27-ci turunda "Göteborg” səfərində 2:0 hesablı qələbə qazanan "Mjallby”, 66 xalla çempionluğunu rəsmiləşdirdi. Ən yaxın izləyicisi "Hammarbi” ilə fərq 11-ə yüksəldi və sarı-qara rəngli klub İsveç futbolunda tarix yazdı. Əgər qalan üç oyunda da qalib gəlsələr, son illərin ən çox xalla çempion olan komandası olacaqlar.

59 yaşlı baş məşqçi Anders Torstenssonun rəhbərliyində yenidən doğulan "Myallbi"nin texniki heyəti də diqqət mərkəzindədir. Onun köməkçisi Karl Marius Aksum futbolun "vizual qavrayışı” mövzusunda doktorluq dərəcəsinə malikdir. Bu iki mütəxəssis komandanı həm taktiki, həm də elmi yanaşma ilə zirvəyə daşıyıb.

Komandada hər addım – futbolçu seçimi, məşq proqramı, oyun analizi – verilərə əsaslanıb. Aşağı büdcə ilə transfer olunan, lakin böyük potensiala malik Abduli Manneh kimi oyunçular bu sistemin meyvəsi oldu. Klub həm maliyyə balansını qorudu, həm də gələcək üçün sərmayə mənbəyi yaratdı.

"Myallbi"nin çempionluğu xallar cədvəlində təsirli görünsə də, statistik göstəricilər bu uğurun nə qədər qeyri-adi olduğunu göstərir. Komanda "gözlənilən qol” (xG) göstəricisinə görə liqada yeddinci yerdə idi, lakin real performans bu proqnozları alt-üst etdi.

Xüsusən də son 17 oyunda rəqiblərinə nisbətən daha az qol buraxdılar. Mövsüm boyu 35 real qol vəziyyəti ilə üzləşmələrinə baxmayaraq, cəmi 17 qol qəbul etdilər. Bu, onların müdafiə təşkilatının yüksək səviyyəsini nümayiş etdirir.

"Myallbi"nin hücum xətti gözlənilməz dərəcədə məhsuldar olub. Son 9 qolun 6-sı duran toplardan gəlib. Halbuki mövsümün əvvəlində ilk 30 qolda bu elementdən yararlana bilməmişdilər. Bu dəyişiklik, texniki heyətin rəqiblərə uyğun strateji hazırlıq bacarığını sübut edir.

Komanda əsasən 3-4-3 sistemi ilə çıxış edir. Bu sxemdə cinah oyunçuları həm müdafiədə, həm də hücumda aktiv rol oynayır. Sol cinah oyunçusu Elliot Stroud bu mövsümdə vurduğu qollarla "Bayer”in Qrimaldosunu xatırladır.

Komandanın ən böyük üstünlüklərindən biri 23 yaşlı, 198 sm boyundakı qapıçısı Noel Tornkvistdir. O, təkcə fiziki gücü ilə deyil, həm də refleksləri və oyun oxuma qabiliyyəti ilə diqqət çəkir. Petr Çexi xatırladan qoruyucu başlığı ilə tanınan Tornkvist bir çox oyunda komandasını məğlubiyyətdən xilas edib.

Onun çıxışı Avropa klublarının da marağına səbəb olub. Yay transfer pəncərəsində o, İtaliyanın "Komo” klubuna transfer olunub və mövsümün sonuna qədər "Myallbi"də icarə əsasında çıxış edəcək.

Komandanın uğurunda digər əsas faktor isə oyunlara sürətli başlamasıdır. Mövsüm ərzində keçirdiyi 26 oyunun 21-də ilk qolu "Myallbi" vurub. Rəqiblərin oyun planını pozmaq və yaranan boşluqları dəyərləndirmək bacarığı komandanın psixoloji dayanıqlılığını da göstərir.

Bu çempionluqla "Myallbi" növbəti mövsümdə UEFA Çempionlar Liqasının seçmə mərhələsində iştirak edəcək. Klub tarixində ilk dəfə 2026–2027 mövsümündə Avropa turnirlərində çıxış edəcək. Hallevik kimi kiçik bir balıqçı qəsəbəsi üçün bu uğur təkcə idman deyil, həm də ictimai qürur hadisəsidir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri