16 yəhudi SSRİ təyyarəsini niyə qaçırmaq istəyib? Toy əməliyyatı | Icma.az
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, SSRİ dövründə dostları ilə birlikdə təyyarə qaçırmağa cəhd edən keçmiş sovet dissidenti Eduard Kuznetsov srağagün İsraildə ölüb.Bu qısa xəbərin təfərrüatı isə həm maraqlı, həm də ibrətamizdir.
Çünki Kuznetsovun əsas məqsədi terrorçuluq etmək, hökumətə nəsə siyasi və maddi tələblər irəli sürmək olmayıb.
O və dostları sadəcə ana vətənlərinə getmək istəyiblər. Eduard Kuznetsov “Leninqrad təyyarə işi”nin əsas təşkilatçısı, necə deyərlər, dəstən
Onu bu addıma 1960-1980-ci illərdə SSRİ-dən çıxmağın, başqa ölkəyə mühacirət etməyin çox çətin olması vadar edib.
1973-cü ildə mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt ratifikasiya olunana qədər SSRİ azad emiqrasiya hüququnu ümumiyyətlə formal olaraq tanımayıb və ölkədən çıxış üçün icazələrin verilməsi yalnız hakimiyyət orqanlarının şəxsi istəyindən asılı olub.
Odur ki, ölkəni tərk etmək istəyən bir sıra SSRİ vətəndaşları maneələrə və qadağalara baxmayaraq, radikal tədbirlər görməyə hazır olublar.Toy əməliyyatıLeninqradda gizli yəhudi qruplaşmasının rəhbəri Hillel Butman 1969-cu ilin noyabrında ibrani dilini öyrənən keçmiş pilot Mark Dımşitsə İsrailə səfər etmək üçün artıq rəsmi icazə gözləməyi yox, təyyarə qaçıraraq xaricə uçmağı təklif edib.
Variantların müzakirəsi başlayıb. 1970-ci ilin yanvar-mart aylarında Kuznetsov və Butman gedəcək şəxslərin siyahısını hazırlayıb - Mark Dımş
Tam oxu
Xəbəri oxu