Icma.az
close
up
RU
16 yəhudi SSRİ təyyarəsini niyə qaçırmaq istəyib? Toy əməliyyatı

16 yəhudi SSRİ təyyarəsini niyə qaçırmaq istəyib? Toy əməliyyatı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, SSRİ dövründə dostları ilə birlikdə təyyarə qaçırmağa cəhd edən keçmiş sovet dissidenti Eduard Kuznetsov srağagün İsraildə ölüb.
Bu qısa xəbərin təfərrüatı isə həm maraqlı, həm də ibrətamizdir. Çünki Kuznetsovun əsas məqsədi terrorçuluq etmək, hökumətə nəsə siyasi və maddi tələblər irəli sürmək olmayıb. O və dostları sadəcə ana vətənlərinə getmək istəyiblər.


Eduard Kuznetsov “Leninqrad təyyarə işi”nin əsas təşkilatçısı, necə deyərlər, dəstənin lideri olub. Onu bu addıma 1960-1980-ci illərdə SSRİ-dən çıxmağın, başqa ölkəyə mühacirət etməyin çox çətin olması vadar edib.

1973-cü ildə mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt ratifikasiya olunana qədər SSRİ azad emiqrasiya hüququnu ümumiyyətlə formal olaraq tanımayıb və ölkədən çıxış üçün icazələrin verilməsi yalnız hakimiyyət orqanlarının şəxsi istəyindən asılı olub. Odur ki, ölkəni tərk etmək istəyən bir sıra SSRİ vətəndaşları maneələrə və qadağalara baxmayaraq, radikal tədbirlər görməyə hazır olublar.
Toy əməliyyatı
Leninqradda gizli yəhudi qruplaşmasının rəhbəri Hillel Butman 1969-cu ilin noyabrında ibrani dilini öyrənən keçmiş pilot Mark Dımşitsə İsrailə səfər etmək üçün artıq rəsmi icazə gözləməyi yox, təyyarə qaçıraraq xaricə uçmağı təklif edib. Variantların müzakirəsi başlayıb.

1970-ci ilin yanvar-mart aylarında Kuznetsov və Butman gedəcək şəxslərin siyahısını hazırlayıb - Mark Dımşits, Eduard Kuznetsov, Silva Zalmanson, Aleksey Murjenko, Yuri Fyodorov, Anatoli Altman, Mendel Bodnya, Vulf Zalmanson, İsrail Zalmanson (Silva Zalmansonun iki qardaşı), İosif Mendeleviç, Boris Penson, Leyb (Arye) Hanoh, Mari Mendeleviç (L. Hanohun həyat yoldaşı, İ. Mendeleviçin bacısı), Alevtina İvanovna (Mark Dımşitsin həyat yoldaşı), Yelizaveta Dımşits və Yuliya Dımşits (Mark Dımşitsin iki qızı). Əvvəlcə müəyyən bir uçuş üçün əvvəlcədən bilet almaq, Leninqrad-Murmansk marşrutu ilə Tu-124 təyyarəsini (48-52 sərnişin) ələ keçirmək, İsveç və ya Finlandiyaya enmək planlaşdırılıb.
Sərnişinlərin əksəriyyətinin yəhudi olmasının sadə izahı olacaqdı – “Toya gedirik”. Əməliyyatın da kod adı buradan meydana gəlib: “Toy əməliyyatı”.
Qurulan plan, dəyişən plan
Dımşits pilot tanışından ekipajda silah olub-olmadığını soruşub. Məlum olub ki, pilotlar tapança alırlar, lakin, bir qayda olaraq, onları özləri ilə aparmırlar. O, təyyarəni qaçırmaq planı haqqında ümumi sözlərlə ən etibarlı adamlara danışıb. Qalanlara qeyri-qanuni yollarla İsrailə qaçmaq üçün riskli bir fürsət ola biləcəyini, lakin uğurlu nəticə şansının yüksək olduğunu söyləyib. Planın diqqətlə işlənib hazırlanmasından sonra əməliyyatın tarixi təyin olunub - 2 may 1970-ci il.

Leninqradda 1966-cı ildən fəaliyyət göstərən İsrail təşkilatının komitəsi plandan xəbər tutub və İsrail dövlətinin rəsmi hakimiyyət orqanlarının rəyini soruşub. Mənfi cavab aldıqdan sonra Butmanın planını ləğv etmək qərarına gəliblər. Müəyyən danışıqlardan sonra plan dəyişib. Yeni plana əsasən yəhudi sərnişinlər Leninqrad vilayətinin kiçik Priozersk şəhərindəki aerodroma gələn 179 saylı “Leninqrad-Priozersk” reysini həyata keçirən “An-2” təyyarəsini 60 saniyəyə ələ keçirəcəkdilər. Sovet-Finlandiya sərhədi üzərindən aşağı hündürlükdə uçmaq və hakimiyyətə təslim olmaq üçün Buden şəhərinə (İsveç) enmək, daha sonra SSRİ-də yəhudilərin vəziyyəti ilə bağlı mətbuat konfransı keçirmək planlaşdırılırdı. Beynəlxalq ictimai rəy öz hökumətlərini yəhudilərin İsrailə getməsinə icazə almaq üçün SSRİ-yə təzyiq göstərməyə sövq etməli idi.
"Toya gedənlər"ə tutulan toy
Ancaq, necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”. 15 iyun 1970-ci ildə Smolnoye aerodromunun yaxınlığındakı meşədə yəhudilər saxlanılıb. Həbslərdən dərhal sonra ilk dindirmələr aparılıb və altı aydan sonra məhkəmə yekun qərar çıxarıb. Müttəhimlər dövlətə xəyanətdə, xüsusilə böyük miqyasda oğurluğa cəhddə və antisovet təşviqatında ittiham olunublar.
Nəticədə təşkilatçılar M. Dımşits və E. Kuznetsov ölüm (güllələnmə) cəzasına, İ.Mendeleviç və Yuri Fyodorov 15 il, A. Murjenko 14 il, Hanoh 13 il, A. Altman 12, V.Zalmanson 12 (sovet ordusunun leytenantı kimi hərbi tribunal tərəfindən mühakimə olunub), S. Zalmanson 10, İ.Zalmanson 8, B. Panson 10, M. Bodnya 4 il müddətinə həbs cəzası alıblar. Qadınlara qarşı isə humanist davranılıb.
Dünyada çoxsaylı etiraz aksiyaları və müxtəlif ölkələrin böyük dövlət xadimlərinin (ABŞ prezidenti Riçard Nikson, İsrailin baş naziri Qolda Meir və s.) müdaxiləsindən sonra 1970-ci il dekabrın 31-də Dımşits və Kuznetsovun edam cəzası 15 il həbslə əvəz olunub. Digərlərinin həbs müddəti qismən azaldılıb.
ABŞ-la casus-dissident mübadiləsi
1978-ci il mayın 20-də Amerikanın Nyu-Cersi ştatında sovet kəşfiyyatının zabiti Vladimir Zinyakin məxfi materialların anbarının yanında saxlanılıb. Həmin gün FTB agentləri onun bu əməliyyat zonasında olan həmkarları V.Enqer və R.Çernyaevi də həbs ediblər. Diplomatik toxunulmazlığı olan Zinyakin azadlığa buraxılsa da, Enqer və Çernyaev 50 il həbs cəzası alıblar.

Danışıqlardan sonra 1979-cu il aprelin 27-də Nyu-Yorkda iki sovet kəşfiyyatçısının (Enqer və Çernyayev) beş dissidentlə (o cümlədən Kuznetsov və Dımşits) mübadiləsi baş verib. ABŞ və İsraildə dissidentlər qəhrəman kimi qarşılanıb. Kuznetsov və Dımşitsdən əlavə, 1979-cu ilin əvvəlində Anatoli Altman, Vulf Zalmanson, Arye Hanoh, Boris Panson və Hillel Butman azadlığa çıxıb.
22 il boyunca türmələrdə
İosif Mendeleviç 1981-ci ildə SSRİ-dən qovulub, Aleksey Murjenko yalnız 1984-cü ildə azad edilib, bundan sonra 1985-ci ildə nəzarət rejimini pozduğuna görə daha 2 il müddətinə türməyə salınıb. Ümumilikdə, birinci müddəti nəzərə alaraq, Murjenko 22 ilini sovet koloniyalarında keçirib. 1981-ci il mayın 28-də ABŞ prezidenti Ronald Reyqan Ağ Evdə əməliyyatın iştirakçılarından biri olan Cozef Mendeleviçi qəbul edib.
“Toy əməliyyatı” SSRİ-dən mühacirətin qadağan edilməsinə Qərbin diqqətini cəlb etmək məqsədi daşıyan uğurlu əməliyyat olub. Beynəlxalq qalmaqaldan sonra Kreml ölkəni tərk etmək məsələsindəki ciddiyyətindən geri çəkilib və getmək istəyənlərə o qədər də mane olmayıb. Məhz bundan sonra yəhudilərin və almanlarının SSRİ-dən öz vətənlərinə kütləvi köçü başlayıb. (Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri