Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıbPrezident İlham Əliyevin
Bildirilib ki, layihənin məqsədi əhalinin milli radiolara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılması, bu istiqamətdə əsasən özəl yayı
quraşdırılıb.Fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılıb.
Elektrik veriliş xətləri çəkilib, transformatorlar, generatorlar, UPS və s.
avadanlıqlar quraşdırılıb.Mövcud yayım stansiyalarının maddi-texniki bazası yaxşılaşdırılıb.Müvafiq stansiyalar təmir edilib, havalandırma və avadanlıqların məsafədən idarə edilməsi sistemləri qurulub.Sözügedən tədbirdə iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında deyib ki, RİNN və Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən tədbir daha çox ötən il Prezident sərəncamı ilə radioyayım sektorunun inkişafı üçün ayrılan 13.7 milyon manat vəsaitlə bağlı görülən işlərin Hesabatına həsr olunmuşdu: “Nazirlik, Audiovizual Şura, Teleradio Birliyi və Dövlət Radiotezliklər İdarəsi tərəfindən təqdim olunan təqdimatlarda adıçəkilən sərəncamın icrası istiqamətində qısa zamanda xeyli işlərin görüldüyü diqqət cəlb edirdi.Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıb, 176 radio ötürücü stansiyası quraşdırılıb, hərəkətdə olarkən eyni radioproqramın yayım keyfiyyəti yaxşılaşdırılıb, ayrılan tezlik nominalların sayı artırılıb, radio proqramlara əlçatanlıq təmin edilib, mövcud maddi-texniki baza təkmilləşdirilib.Ümumölkə statuslu yerüstü radio kanalların sayı 17-ə çatdırılıb.
Radio yayımçılara da 3 illik texnoloji dəstək veriləcək.Əsas müzakirə predmeti həm də rəqəmsal radioya keçid məsələsi oldu.
Teleradio Birliyi artıq bir neçə ildir ki, DAB+ texnologiya ilə rəqəmsal radionu ölkə ərazisində testdən keçirir.
Rəqəmsal radioyayıma keçidlə bağlı hökumət 2024-2028-ci illəri əhatə edən tədbirlər planını təsdiq edib.Cari ilin sonunadək Teleqüllədən aparılan DAB+ standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından DAB+ yayımın təşkili planlaşdırılıb.