Icma.az
close
up
RU
176 radioötürücü stansiyası quraşdırılıb AÇIQLAMA

176 radioötürücü stansiyası quraşdırılıb AÇIQLAMA

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıb


Prezident İlham Əliyevin 24 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" sərəncamı çərçivəsində radioyayım şəbəkəsi genişləndirilib, təkmilləşdirilib, yayım infrastrukturu isə müasirləşdirilib.

Bu barədə Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı mövzusunda keçirilən seminarda məlumat verilib. Bildirilib ki, layihənin məqsədi əhalinin milli radiolara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, yeni texnologiyaların tətbiqi ilə eyni radioproqramların müxtəlif ərazilərdə fasiləsiz qəbul imkanının yaradılması nəzərdə tutulub.

Görülmüş işlərə gəldikdə isə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 dəst cəmləmə qurğusu, 44 ədəd RDS qurğusu və s. quraşdırılıb.

Fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılıb. Elektrik veriliş xətləri çəkilib, transformatorlar, generatorlar, UPS və s. avadanlıqlar quraşdırılıb.

Mövcud yayım stansiyalarının maddi-texniki bazası yaxşılaşdırılıb.

Müvafiq stansiyalar təmir edilib, havalandırma və avadanlıqların məsafədən idarə edilməsi sistemləri qurulub.


Sözügedən tədbirdə iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında deyib ki, RİNN və  Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən tədbir daha çox ötən il Prezident sərəncamı ilə radioyayım sektorunun inkişafı üçün ayrılan 13.7 milyon manat vəsaitlə bağlı görülən işlərin Hesabatına həsr olunmuşdu: “Nazirlik, Audiovizual Şura, Teleradio Birliyi və Dövlət Radiotezliklər İdarəsi tərəfindən təqdim olunan təqdimatlarda adıçəkilən sərəncamın icrası istiqamətində qısa zamanda xeyli işlərin görüldüyü diqqət cəlb edirdi.

Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıb, 176  radio ötürücü stansiyası quraşdırılıb, hərəkətdə olarkən eyni radioproqramın yayım keyfiyyəti yaxşılaşdırılıb, ayrılan tezlik nominalların sayı artırılıb, radio proqramlara  əlçatanlıq təmin edilib, mövcud maddi-texniki baza təkmilləşdirilib.

Ümumölkə statuslu yerüstü radio kanalların sayı 17-ə çatdırılıb. Radio yayımçılara da 3 illik texnoloji dəstək veriləcək.

Əsas müzakirə predmeti həm də rəqəmsal radioya keçid məsələsi oldu. 

Teleradio Birliyi artıq bir neçə ildir ki, DAB+ texnologiya ilə rəqəmsal radionu ölkə ərazisində testdən keçirir. Rəqəmsal radioyayıma keçidlə bağlı hökumət 2024-2028-ci illəri əhatə edən tədbirlər planını təsdiq edib.

Cari ilin sonunadək Teleqüllədən aparılan DAB+ standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından DAB+ yayımın təşkili planlaşdırılıb. Bu sahədəki mövcud problemlərə diqqət yetirilib. Müzakirələrdə ölkəyə gətirilən Çin istehsallı avtomobillərin bir çoxunda rəqəmsal yayımı dəstəkləyən radionun olmadığı diqqətə çatdırılıb. Xatırladıram ki, bu texnologiya ilə təmin olunan avtomobillərdə qiymət fərqi ən azı 300-500 manat arasında dəyişir. Müzakirələrdə DAB+ texnologiyanı dəstəkləyən cihazların ölkəyə gətirilməsinin stimullaşdırılması, hökumətin bu sahəyə dəstəyinin və güzəştlərin təşkili, bu texnologiya ilə təmin edilən avtomobillərin idxalının stimullaşdırılması, maarifçilik işlərinin təşkili məsələlərinə toxunulub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri