Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 23 may, AZƏRTAC AMEA-nın Tarix və Etnologiya İnstitutunda “1905–1906-cı illərdə ermənil
Bu soyqırımların ilk mərhələsi 1905–1906-cı illəri əhatə edir.
Tarixə “erməni-müsəlman qırğınları” kimi düşən bu faciələr hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırımı kimi dəyərləndirilməlidir.Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “1905–1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” mövzusunda məruzə ilə çıxış edib.
O, həmin dövrdə erməni silahlı dəstələrinin Cənubi Qafqazın 15 qəzasında və 8 şəhərində kütləvi qırğınlar törətdiklərini, nəticədə 10 minə yaxın insanın qətlə yetirildiyini bildirib.
Məruzəçi, həmçinin vurğulayıb ki, ermənilər 1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında 200-dən çox türk-müsəlman yaşayış məntəqəsini viran qoymuş, həmin dövrdə yalnız ermənilərdən ibarət ilk anklavlar formalaşmışdır.
1918–1920-ci illərdə isə bu anklavların silah gücü ilə birləşdirilməsi nəticəsində tarixdə ilk erməni dövləti yaradılmışdır.Tədbirdə həmçinin professor Hacı Həsənov, tarix elmləri doktoru, dosent Elçin Qarayev, tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov, Ramil Niftəliyev və Elmar Məhərrəmov çıxış ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.