Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1986-cı ildə Sovet İttifaqı kosmos tarixində unikal bir missiyanı həyata keçirib.
Qaynarinfo xəbər verir ki, "Soyuz T-15" adlı bu uçuş, təkcə yeni "Mir” kosmik stansiyasını işə salmaqla kifayətlənməyib, həm də köhnə "Salyut-7”də yarımçıq qalmış vəzifələri tamamlayıb.
Bu, kosmosda bir missiya ilə iki fərqli stansiyanın ziyarət edildiyi yeganə səyahət olub və o vaxtdan bu yana təkrarlanmayıb.
Soyuq müharibənin fonunda unikal plan 1986-cı il... Soyuq müharibə qızğın mərhələdədir. SSRİ və ABŞ arasında kosmik yarış davam edir.
O dövrdə Sovetlərin 1982-ci ildə orbitə buraxdığı "Salyut-7” kosmik stansiyası artıq istismar müddətinin sonuna çatıb.
Yeni nəsil "Mir” stansiyası isə orbitə çıxarılıb, lakin hələ istifadə edilməyə başlanmayıb.
Plan sadə olub: "Salyut-7” bağlanacaq, kosmonavtlar "Mir”ə keçəcək. Lakin gözlənilməz bir hadisə bu planı pozub.