Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil.
Anayam.az saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək.
İki aylıq körpənin özəllikləri - İki aylıq körpələrin aylıq minimum 600 gr kilo almalıdır. Onun boyu 3 sm uzanır.
- İki aylıq körpə ortalama 15-17 saat arası yatır. Bunun 9-10 saatı gece yuxusudur. Gündüz yuxusu bir az azalır.
- Əgər hər hansı bir problem yoxsa körpənizi ana südü ilə bəsləməyə davam etməlisiniz və körpə hər istədiyində əmzdirilməlidir.
Tez-tez emizdirmək südün artmasında ən böyük faktordur. - 2 aylıq körpə başını inamlı tutur.
Onu qucaqda tutanda, o dünyanı yeni səpkidə görür və bu əlbəttə, böyük marağ doğurur, ona görə də uşaq ətrafa baxmaq üçün başını sağa və sola döndərə bilir.