Icma.az
close
up
RU
2 aylıq körpənin inkişafı

2 aylıq körpənin inkişafı

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil.

Anayam.az saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək.

İki aylıq körpənin özəllikləri

- İki aylıq körpələrin aylıq minimum 600 gr kilo almalıdır. Onun boyu 3 sm uzanır.

- İki aylıq körpə ortalama 15-17 saat arası yatır. Bunun 9-10 saatı gece yuxusudur. Gündüz yuxusu bir az azalır.

- Əgər hər hansı bir problem yoxsa körpənizi ana südü ilə bəsləməyə davam etməlisiniz və körpə hər istədiyində əmzdirilməlidir. Tez-tez emizdirmək südün artmasında ən böyük faktordur.

- 2 aylıq körpə başını inamlı tutur. Onu qucaqda tutanda, o dünyanı yeni səpkidə görür və bu əlbəttə, böyük marağ doğurur, ona görə də uşaq ətrafa baxmaq üçün başını sağa və sola döndərə bilir.

- Əvvəlki bacarıqlarından başqa, 2ci ay körpədə “bu nədir?” reaksiyası yaranır. Bu reaksiya adətən qıcıqlandırıcı səs eşitdiyi zaman baş verir və körpə dərhal səs gələn tərəfə baxmağa çalışır.

- Qarın üstə uzanan körpənin bərkimiş boyun-çiyin əzələləri, başını qaldırıb bir müddət saxlamağa imkan verir.

- İkinci aydan emosional sahə inkişaf etməyə başlayır. Körpənin ən təəccüblü emosional reaksiyasından biri - sevdiyi insanın səsini eşitdiyi və ya gördüyü zaman gülümsəməsidir. Körpənin ilk təbəssümü adətən iradəsiz, düşünülmədən baş verir. Amma ilk təbəssümdən fərqli olaraq, iki aylıq körpənin təbəssümü, sevdiyi insanın yaxınlığında olması zamanı onun sevincini açıq-aşkar göstərir. Körpəyə ananın səsini eşitmək kifayətdir ki, sevinclə gülümsəsin, axı anlaşılmaz dünyada ana sabit və təhlükəsizdir.

- İki ayı olan körpə emosiyalarını təkcə gülümsəməklə göstərmir. Onun emosional reaksiya diapazonu daha çox olur: intonasiya, mimika inkişaf edir. Bu yaşda uşaq səbəbə görə fərqli ağlaya bilər. Bu həyacanlı, çağrılan və ya şikayət səsli ağlama ola bilər. Körpə ilə çox vaxt sərf edənlər, onun emosiya və əhvalını tez bir zamanda anlayacaqdır.

- Görmə inkişafında böyük dəyişiliklər müşahidə olunur. İki aylıq körpə artıq sabit dayanan əşyaya baxışını fokuslaya bilir. Əşya hərəkətini izləməyi isə hələ sonra bacaracaq, lakin o uzun müddət çarpayısının üzəyində asılan oyuncağa baxa bilir. Yeri gəlmişkən 2 aylıq uşaq üçün uğurlu asılqan oyuncaq, üz böyüklüyünə yaxın əlvan şar ola bilər. Bu yaş ücün xırda oyuncaq mənasızdır.

- Demək olarki, iki aylıq körpənin nitq inkişafı artıq inkişaf etməyə başlamışdır. Körpə ağlamaqdan başqa ilk səslər tələffüz etməyə başlayır. Bu ara-sıra səslənən qısa səslərdir. Uşaq özü çıxardığı səslərə adətən çox təəccüblənir, susur və qulaq asır. Zamanla səslər daha uzun və daha tez-tez olacaqdır.

- Arxası üstə uzanan balaca, gördüyü əl və ayaqlarını diqqətdə fəal şəkildə öyrənməyə başlayır. Əgər uşağın əlinə oyuncaq versəz o, onuda kəşf etməyə başlayacaq. Əgər oyuncaq səslidirsə, körpə artıq səslə əlaqəli hərərkətlərini də öyrənməyə başlayır. Yəni əlini tərpətdiyi üçün oyuncağın səs verdiyini başa düşəcək.

- Körpə artıq gün ərzində təkrarlanan hərəkətlərə adət edir və buna görə siz günlük rejimi formalaşdırmağa başlaya bilərsiz. Təxminən 1 həftə yetərlidir ki, uşaq gecə və səhər eyni zamanda yatıb-durmağı öyrənsin. 2 aylıq körpə artıq gecə və gündüzü fərqləndirə bilir, onun bu bacarığını möhkəmləndirmək lazımdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri