Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komandamızın üzvü Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, özü üçün azı bürünc medalı təmin edib. Boksçu bu gün final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçumuz avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.
Qabil YUSİFOĞLU
XQ