2 boksçumuz final uğrunda döyüşəcək
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komandamızın üzvü Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, özü üçün azı bürünc medalı təmin edib. Boksçu bu gün final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçumuz avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:İki boksçumuz qızıl medal uğrunda döyüşəcək
24 Sentyabr 2026 11:37
Kərəmov kəmər uğrunda döyüşəcək
30 Dekabr 2024 18:08
2 boksçumuz Avropada qələbə qazanıb
19 Sentyabr 2026 10:33
Parataekvondo millimiz Münhendə medallar uğrunda döyüşəcək
10 May 2026 20:47
2 boksçumuz Qazaxıstanda beynəlxalq turnirə qatılacaq
05 Avqust 2026 11:15
Baxış sayı:132
Bu xəbər 20 Avqust 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















