2 kilosu 9 manata olan “kərə yağı”: Saxtasını necə ayırd edək? AÇIQLAMA | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bazarlarda və marketlərdə “kərə yağı” adı ilə satılan məhsulların tərkibi və keyfiyyəti ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.
Kərə yağı adı ilə təqdim olunan məhsulun 2,5 kiloqramının 9 manata satılır. Bu cür yağların keyfiyyəti istehlakçılar üçün sual doğur.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, yağ insan orqanizmi üçün əsas enerji mənbələrindən biridir:“Eyni zamanda tərkibi keyfiyyətli yağ turşularından, xüsusilə doymamış yağlardan ibarət olan vacib qida məhsuludur.
Yağın orqanizmə təsiri xüsusilə yeniyetməlik və gənclik dövründə, inkişaf mərhələsində olan insanlarda daha böyük əhəmiyyət daşıyır.
Bu dövrdə qəbul edilən yağların keyfiyyəti immun sisteminin möhkəmlənməsində, həzm sisteminin normal fəaliyyətində, qan dövranının sağlamlığında və mərkəzi sinir sisteminin düzgün inkişafında mühüm rol oynayır.
Heyvan mənşəli kərə yağı tərkibindəki zülal və yağ balansı, eləcə də doymamış yağ turşuları hesabına insan orqanizmi üçün dəyərli enerji mənbəyidir.
Lakin bu gün bazarda kərə yağı adı altında satılan bir çox keyfiyyətsiz və saxta məhsullar mövcuddur.
Tam oxu
Xəbəri oxu