Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

2 kilosu 9 manata olan “kərə yağı”: Saxtasını necə ayırd edək? AÇIQLAMA

2 kilosu 9 manata olan “kərə yağı”: Saxtasını necə ayırd edək? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bazarlarda və marketlərdə “kərə yağı” adı ilə satılan məhsulların tərkibi və keyfiyyəti ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Kərə yağı adı ilə təqdim olunan məhsulun 2,5 kiloqramının 9 manata satılır. Bu cür yağların keyfiyyəti istehlakçılar üçün sual doğur. 
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki,  yağ insan orqanizmi üçün əsas enerji mənbələrindən biridir:
“Eyni zamanda tərkibi keyfiyyətli yağ turşularından, xüsusilə doymamış yağlardan ibarət olan vacib qida məhsuludur. Yağın orqanizmə təsiri xüsusilə yeniyetməlik və gənclik dövründə, inkişaf mərhələsində olan insanlarda daha böyük əhəmiyyət daşıyır. Bu dövrdə qəbul edilən yağların keyfiyyəti immun sisteminin möhkəmlənməsində, həzm sisteminin normal fəaliyyətində, qan dövranının sağlamlığında və mərkəzi sinir sisteminin düzgün inkişafında mühüm rol oynayır. Heyvan mənşəli kərə yağı tərkibindəki zülal və yağ balansı, eləcə də doymamış yağ turşuları hesabına insan orqanizmi üçün dəyərli enerji mənbəyidir. Lakin bu gün bazarda kərə yağı adı altında satılan bir çox keyfiyyətsiz və saxta məhsullar mövcuddur. Bu səbəbdən alarkən diqqət edilməli olan bir sıra vacib məqamlar var”.
O bildirib ki, təbii kərə yağı mövsümdən asılı olaraq orta hesabla 20–25 litr süddən əldə olunur:
“Südün qiyməti və istehsal prosesi zamanı çəkilən xərclər nəzərə alındıqda, kərə yağının həddindən artıq ucuz olması ciddi şübhə doğurmalıdır. Digər vacib məqam etiket məlumatlarıdır. Çəki ilə satılan, markasız məhsullar risk daşıdığı üçün mənşəyi və istehsalçısı bəlli olan məhsullara üstünlük verilməlidir. Etiket üzərində istehsalçı müəssisənin adı və ünvanı, mümkün olduqda qaynar xətt nömrəsi, məhsulun inək südündən və ya süddən əldə olunması barədə aydın məlumatlar yer almalıdır. Tərkibində əlavə maddələrin miqdarı minimal olmalıdır. Duzun az miqdarda olması normal hesab edilir. Lakin aromatizator, stabilizator, spred, margarin və ya digər bitki yağlarının əlavə edilməsi bu məhsulu artıq təbii kərə yağı kateqoriyasından çıxarır. Kərə yağının rəngi mövsümə görə dəyişə bilər. Yaz-yay aylarında heyvanlar daha çox yaşıl otla qidalandığı üçün yağın rəngi daha tünd sarı olur. Əgər yağ kəskin və süni şəkildə sarıdırsa, bu, rəngləndirici maddələrdən istifadə edildiyini göstərə bilər”.
Mütəxəssisin sözlərinə görə, ev şəraitində də yağın keyfiyyətini yoxlamaq mümkündür:
“İsti suda az miqdarda yağ bir parça halında tez əridirsə, bu, keyfiyyət göstəricisidir. Əgər hissələrə bölünür, gec ərir və topa-topa qalırsa, bu, keyfiyyətsizliyə işarədir. Təbii kərə yağı insan bədən temperaturunda əriməyə başlayır. Əlin üzərinə və ya dilə qoyulduqda tez əriməsi və ağızda xoş dad buraxması onun keyfiyyətli olduğunu göstərir. Margarin və trans yağlar isə gec ərir və ağızda xoş olmayan, bəzən acı dad yaradır. Kərə yağı tavada isidildikdə köpüklənirsə və açıq rəng alırsa, bu, onun təbii süddən hazırlandığını göstərir. Əgər heç bir köpüklənmə olmadan olduğu kimi ərirsə, bu, spred və ya trans yağ ehtimalını artırır. Keyfiyyətli kərə yağı otaq temperaturunda uzun müddət saxlandıqda formasını qoruyur, sadəcə yumşalır. Keyfiyyətsiz yağ isə əridikcə su kimi ayrılır və qeyri-bərabər rənglər əmələ gətirir. Düzgün etiketlənməyən, son istifadə müddəti sonradan kağız yapışdırılaraq göstərilən məhsullar hər zaman risk mənbəyidir. Saxta yağların hazırlanmasında əsasən bitki yağları, spred və margarin istifadə olunur. Bu maddələr bədən temperaturunda tam ərimədiyi və həzm olunmadığı üçün damar divarlarında yığılıb qalır, nəticədə ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Dünya Səhiyyə Təşkilatının açıqlamalarına görə Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının çoxluğu istifadə olunan yağların keyfiyyəti ilə də əlaqələndirilir. Eyni zamanda satışda olan bir çox şirniyyat məhsulları trans yağlar və margarinlə hazırlanır. Marqarin məhsulun uzunömürlü olmasını təmin etdiyi üçün istehsalçılar tərəfindən tez-tez istifadə edilir. Lakin zərərlərinə görə bir sıra inkişaf etmiş ölkələrdə bu yağların istifadəsi və satışı artıq qadağan edilib.
Sağlamlığına önəm verən insanlar bu tip yağlardan mümkün qədər uzaq durmalıdır. Gün ərzində insan orqanizmi üçün təxminən 20–30 qram yağ kifayət edir və bunun da keyfiyyətli yağdan, xüsusilə səhər yeməyində qəbul edilməsi daha məqsədəuyğundur. Ucuz yağdan çox istifadə etməkdənsə, az miqdarda, amma keyfiyyətli məhsula üstünlük vermək daha sağlam seçimdir. Bazarda palma yağı tərkibli məhsullar da geniş yayılıb. Bəzi kərə yağlarında palma yağından istifadə olunsa da, bu, etiketdə aydın göstərilmir və istehlakçılar aldadılır. Bir məhsul hansı adla satılırsa, onun tərkibinin ən azı 70–80 faizi həmin məhsuldan ibarət olmalıdır. Adında “kərə yağı” və ya “təbii inək südündən hazırlanmış” ifadələri olsa belə, istehlakçılar mütləq etiket məlumatlarını diqqətlə yoxlamalıdır. Bu, sağlamlığın qorunması və gələcəkdə yarana biləcək ciddi xəstəliklərin qarşısının alınması baxımından son dərəcə vacibdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri