Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. Hindistan sakini Pruydxvi Çudari altı ay ərzində intizam və düzgün motivasiya sayəsində
BAKU.WS xəbər verir ki, onun arıqlama sirlərini "The Times of India" açıqlayıb.
Çudarinin sözlərinə görə, o yalnız arıqlamaq deyil, özünə inamını da artırmaq istəyib.
Buna görə də o, bütün diqqət yayındırıcı amilləri aradan qaldırmağa, istəklərinə boyun əyməməyə və hər günü kiçik bir layihə kimi qəbul etməyə qərar verib.
Məhz bu yanaşma ona 20 kiloqram çəki itirməyə kömək edib. İlk növbədə, kişi qidalanma vərdişlərini dəyişib.
O, sağlam qidalanmaya keçidin ağrısız olması üçün kiçik bir sirr də açıqlayıb.
Şirniyyatlardan və yağlı qəlyanaltılardan birdən-birə imtina etməyə ehtiyac yoxdur. Sadəcə onları əvəz etmək kifayətdir.
Məsələn, şəkər əvəzedicisindən istifadə etmək, daha çox meyvə və qoz-fındıq almaq kimi.