20 manata görə dava düşdü Dedim ki, yekə oğlansan, niyə söyüş söyürsən? | Icma.az
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağcabədi rayonunda iki nəfər arasında pul üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 15-də rayonunun Salmanbəyli kəndində baş verib.
1992-ci il təvəllüdlü Şəhriyar Əliyev həmin gün saat 17 radələrində soğan sahəsində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ilə mübahisə edib.
Aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı qəsdən onu yumruqla çənə nahiyəsindən bir dəfə vurub.
Hadisəni törədən Şəhriyarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Şəhriyar ona elan olunan ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Ağcabədi rayonu Salmanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm.
Tam oxu
Xəbəri oxu