Icma.az
close
up
RU
20 manata görə dava düşdü Dedim ki, yekə oğlansan, niyə söyüş söyürsən?

20 manata görə dava düşdü Dedim ki, yekə oğlansan, niyə söyüş söyürsən?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağcabədi rayonunda iki nəfər arasında pul üstündə yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 15-də rayonunun Salmanbəyli kəndində baş verib. 1992-ci il təvəllüdlü Şəhriyar Əliyev həmin gün saat 17 radələrində soğan sahəsində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ilə mübahisə edib. Aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı qəsdən onu yumruqla çənə nahiyəsindən bir dəfə vurub. 
Hadisəni törədən Şəhriyarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Şəhriyar ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağcabədi rayonu Salmanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Ailəliyəm, üç övladım var. Kənddə yerləşən soğanlıq sahəsində nəzarətçi işləyirəm. Bundan başqa, orada olan fəhlələrin əməkhaqqısı günlük olaraq vermişəm”. 
Təqsirləndirilən şəxs bildirib ki, iyulun 15-də, təxminən saat 17 radələrində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ona yaxınlaşıb və soğan kisələrini təhvil verdikdən sonra 2 gününün əmək haqqını istəyib: “Ona 40 manat verdim. O, gününün 30 manata olduğunu, buna görə də 2 günə 60 manat verəcəyimi dedi. Ona “xeyr, dəftərdə də yazılıb, sənin payına düşən 40 manatdır” dedim. Oruc isə “eybi yoxdur, pula görə at ...” deyə cavab verdi. Daha sonra Oruca dedim ki, yekə oğlansan, niyə söyüş söyürsən. Sonra avtomobilimə tərəf getdim. Lakin Oruc yenə də arxamca nalayiq ifadələr işlətməyə başladı. Buna görə əsəbiləşərək onun üstünə getdim və sağ yumruğum ilə onun çənə nahiyəsindən bir dəfə vurdum. Ardınca Oruc adlığı xəsarətdən yerə yıxıldıqdan sonra oradan uzaqlaşdım. Sonradan Orucdan üzr istəyərək onunla barışdım”.
İş üzrə zərərçəkmiş Orucun sözlərinə görə, təxminən 1 ildir Ağcabədi rayonunda yerləşən kənd təsərrüfatlarında fəhlə işləyir: “2025-ci ilin aprel ayından isə Ağcabədi rayon, Salmanbəyli kənd sakini Semur Əliyevə məxsus Salmanbəyli kəndində yerləşən soğanlıq sahəsində fəhlə işləyib: “Əmək haqqı kimi günə 100-200 manat arası pul almışam. İyulun 15-də, saat 17 radələrində həmin soğanlıq sahəsində işlərimi yavaş-yavaş qurtardım və hazırladığım soğan kisələrini Semurun oğlu Şəhriyara təhvil verdim. Ardınca ondan iki gününün pulunu, yəni günü 30 manat olmaqla ümumi olaraq 60 manat olan əmək haqqımı istədim. Şəhriyar cibindən 40 manat çıxararaq mənə verdi. Mən isə onunla razılaşmadım. Daha sonra Şəhriyar dedi ki, özün bilərsən, sənin pulun bu qədərdir. Mən isə onu ittiham etdim. Ardınca Şəhriyara da mənə nalayiq ifadələr işlədərək üzərimə gəldi və sağ yumruğu ilə çənə nahiyəmdən bir dəfə vurdu”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri