20 Yanvar bizə göstərdi ki, azadlıq ideyası bir siyasi şüar deyil | Icma.az
Icma.az bildirir, Newscenter.az portalına istinadən. 20 Yanvar Azərbaycan faciəsi yalnız tarixdə baş vermiş bir qanlı hadisə deyil.
O, bir xalqın vicdanının sınağa çəkildiyi, qorxunun ləyaqətlə üz-üzə gəldiyi və insan iradəsinin zorakılığa qalib gəldiyi mənəvi sərhəddir.O gecə Bakının küçələrinə yalnız tanklar çıxmadı.
O gecə zülm açıq-aşkar həqiqətin üzərinə yeridi. Silahsız insanların qarşısına silahlı güc qoyuldu.
Lakin bu qeyri-bərabər qarşıdurmada bir həqiqət dəyişməz qaldı: güc hər zaman haqlı olmur, amma haqq gec-tez öz sözünü deyir.20 Yanvar bizə göstərdi ki, azadlıq ideyası bir siyasi şüar deyil.
Azadlıq insanın daxilində doğulan bir məsuliyyətdir. O məsuliyyət ki, insanı qorxuya baxmayaraq susmamağa, ədalətsizliyə baxmayaraq geri çək
Şəhid olanlar ölümə yox, qorxusuzluğa imza atdılar. Onlar həyatlarını itirməklə bir xalqın gələcəyini oyatdılar.Bu faciənin fəlsəfəsi ondadı
Zor tətbiq oluna bilər, amma ləyaqət zorla sındırıla bilməz. Qan tökülə bilər, amma həqiqət torpağa gömülmür.
20 Yanvar məhz bu həqiqətin qanla yazılmış sübutudur.Bu gün Şəhidlər Xiyabanında səssizlik var. Amma o səssizlik boşluq deyil.
Tam oxu
Xəbəri oxu