Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Türk ailəsinin bir parçası olan Azərbaycan xalqı əsrlərdir bu torpaqlarda yaşamaq, var olmaq savaşı verir.
Bizlər burada toxum olub torpağa düşüb və filizlənib qoca bir çinara çevrilmişik.
Bu səbəbdən dövlət qurmaq, imperiya yaratmaq xalqımızın genetik kodlarından gələn bir axındır.
Təbii ki, tarixin hər dönəmində güclü olmaq, bütün qalmaq mümkün deyil.
18-ci yüzillik bizim üçün məhz gücümüzün zirvəsindən parçalanmaya gedən enişli-yoxuşlu bir əsr oldu.
Böyük Əfşar imperiyası süqut etdi və Azərbaycan torpaqlarında kiçik xanlıqlar yarandı.
Həmin xanlıqların bir mərkəz ətrafında birləşə bilməməsi xalqımızın müsibətlərinin başlanğıcı oldu.