Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

20 Yanvar faciəsi bir daha sübut etdi ki, azadlıq nə qədər bahalı bir nemətdir

20 Yanvar faciəsi bir daha sübut etdi ki, azadlıq nə qədər bahalı bir nemətdir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Böyük Türk ailəsinin bir parçası olan Azərbaycan xalqı əsrlərdir bu torpaqlarda yaşamaq, var olmaq savaşı verir. Bizlər burada toxum olub torpağa düşüb və filizlənib qoca bir çinara çevrilmişik.
Bu səbəbdən dövlət qurmaq, imperiya yaratmaq xalqımızın genetik kodlarından gələn bir axındır. Təbii ki, tarixin hər dönəmində güclü olmaq, bütün qalmaq mümkün deyil. 18-ci yüzillik bizim üçün məhz gücümüzün zirvəsindən parçalanmaya gedən enişli-yoxuşlu bir əsr oldu. Böyük Əfşar imperiyası süqut etdi və Azərbaycan torpaqlarında kiçik xanlıqlar yarandı. Həmin xanlıqların bir mərkəz ətrafında birləşə bilməməsi xalqımızın müsibətlərinin başlanğıcı oldu.
O dövr Çar Rusiyası öz gücünü zirvəsində idi və ruslar üçün isti dənizlərə, torpaqlara çıxış strateji hədəf idi. Ona görə də, 19 - cu əsrdən etibarən Azərbaycan üzərinə yürüşlər edildi, xanlıqlar bir - bir işğal edildi. Azərbaycan xalqı 1918-ci ilə qədər Çar Rusiyasının zülmü altında yaşamalı oldu. Nəhayət 1918-ci ildə azda olsa Cümhuriyyətlə azadlıq duyğusunu yaşadı. Lakin 1920 - ci ildə ruslar bu dəfə fərqli adla torpaqlarımızı işğal etdi, Cümhuriyyətimizi süquta uğratdı. Çar Rusiyası və SSRİ mahiyyət etibarilə eyni ideoloji təməllər üzərində qurulmuş iki fərqli güc idi. Dəyişən sadəcə mundirlər və propaqandalar idi.
Xalqımız növbəti 70 il rus əsarəti altında yaşamağa məcbur oldu. Hər şeyi öz adı ilə çağırmaqda fayda var. Kreml bizə, Türkistanda yaşayan qardaşlarımıza kölə kimi yanaşırdı və strateji əhəmiyyətli bütün sahələrdən bizləri uzaq tuturdu. Lakin xalqımızın ənənələri, milli kimliyi bütün çirkin planlardan üstün olmağı bacardı və həmin güc məhz 1990 - cı ildə Azadlıq meydanında öz əksini tapdı. Artıq ömrünün son akordlarını vuran SSRİ sonuncu dəfə bizə öz mənfur simasını nümayiş etdirdi. Əli yalın xalqı qırdılar, tanklarla cəsədlərin üzərindən keçdilər. Bu ağlasığmaz bir vəhşilik idi. O vəhşiliyi edənlərin əksəriyyəti isə ermənilər idi. Onlar sanki 1918 - ci il Mart soyqırımının təkrarın reallaşdırdılar. Axı o xislət onlara babaları Şamuyandan keçib və belə də olmalı idi. Belə bir deyim var ki, Allahdan ümid kəsilməz. Xalqımız o gücün qarşısında sınmadı, əyilmədi və öz müqəddəratını özü təyin etdi. Müstəqillik bizim haqqımız idi və biz onu qanla qazandıq. İndi öz taleyini özü müəyyən edən, ərazi bütövlüyünü təmin edən və regional lider olan güclü Azərbaycan dövləti var. Bu güc, qüdrət 20 Yanvar faciəsinin yandırdığı əbədi məşəlin istisidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Pərviz Mirizadə, siyasi şərhçi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Yanvar 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri