20 Yanvar faciəsinin canlı şahidi: “Vətən təhlükə qarşısında qalsa, yenə eyni yolu seçərəm…
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "O gecə qadın, kişi, uşaq demədən hamı küçələrdə idi.
Bu faciə təkcə Bakının deyil, bütün Azərbaycanın idi. Xalq həmin gecə öz ləyaqətini, qeyrətini və iradəsini ortaya qoydu.
20 Yanvar şəhidləri azadlıq mübarizəmizin ilk qurbanlarıdır".
Bu fikirləri Oxu.az-a müsahibəsində 20 Yanvar faciəsinin şahidi Kamil Məhəmmədquliyev deyib.
Müsahibəni təqdim edirik: - Yanvarın 19-dan 20-nə keçən gecə şəhərdə hansı ab-hava hökm sürürdü?
- Həmin gecəni ömrümün sonuna qədər unutmaram. Şər qarışanda, qaranlıq düşəndə şəhərdə qəribə bir gərginlik hiss olunurdu.
İnsanlar arasında söz-söhbət dolaşırdı ki, sovet ordusu Bakıya doğru hərəkət edir.
O vaxt nə televiziyada dəqiq məlumat vardı, nə də rəsmi xəbər.
Tam oxu
Xəbəri oxu