Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar faciəsinin canlı şahidi: “Vətən təhlükə qarşısında qalsa, yenə eyni yolu seçərəm“

20 Yanvar faciəsinin canlı şahidi: “Vətən təhlükə qarşısında qalsa, yenə eyni yolu seçərəm“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"O gecə qadın, kişi, uşaq demədən hamı küçələrdə idi. Bu faciə təkcə Bakının deyil, bütün Azərbaycanın idi. Xalq həmin gecə öz ləyaqətini, qeyrətini və iradəsini ortaya qoydu. 20 Yanvar şəhidləri azadlıq mübarizəmizin ilk qurbanlarıdır".

Bu fikirləri Oxu.az-a müsahibəsində 20 Yanvar faciəsinin şahidi Kamil Məhəmmədquliyev deyib.

Müsahibəni təqdim edirik:

- Yanvarın 19-dan 20-nə keçən gecə şəhərdə hansı ab-hava hökm sürürdü?

- Həmin gecəni ömrümün sonuna qədər unutmaram. Şər qarışanda, qaranlıq düşəndə şəhərdə qəribə bir gərginlik hiss olunurdu. İnsanlar arasında söz-söhbət dolaşırdı ki, sovet ordusu Bakıya doğru hərəkət edir. O vaxt nə televiziyada dəqiq məlumat vardı, nə də rəsmi xəbər. Xəbərlər daha çox küçələrdə, yollarda, insanların bir-birinə ötürdüyü sözlərlə yayılırdı.

- Hadisə saatlarında siz harada idiniz?

- Mən həmin vaxt Xutor qəsəbəsində, bacımgildə idim. 25 yaşım vardı. Küçədən gələn səsləri, insanların həyəcanını hiss edəndə başa düşdüm ki, bu, adi bir toplaşma deyil. Elə oradan çıxıb indiki "Şamaxinka" istiqamətinə, insanların yığıldığı əraziyə getdim. Ora çatanda böyük bir izdiham vardı. Hamı narahat idi, insanlar baş verənlərin mahiyyətini anlamağa çalışırdılar.

- Şəhərə hücumla bağlı ilk xəbər necə yayıldı?

- İnsanlar hiss edirdilər ki, qarşıda təhlükə var. Bu, sadəcə mitinq deyildi. Artıq sovet ordusunun Bakıya daxil olması ilə bağlı xəbərlər yayılmışdı. Təxminən saat 23:00 idi. Anidən xəbər gəldi ki, Biləcəri tərəfdən hərbi qoşunlar şəhərə doğru irəliləyir.

Buna baxmayaraq, insanlar geri çəkilmədilər. Kütləvi etirazlar başladı. Ancaq sovet ordusu - silahlı əsgərlər, tanklar şəhərə daxil oldular. Heç nəyə baxmadan, atəş aça-aça, tankları insanların üzərinə sürə-sürə gəlirdilər. Tankların qarşısına nə çıxsa, əzirdilər. Baxmırdılar ki, insandır, maşındır, heç bir fərq qoymadan üzərlərindən keçirdilər.

- Sovet qoşunları ilə üzləşəndə nə etdiniz?

- Bir anlıq donub qaldım. İnsanlar tankların qabağını kəsməyə çalışırdılar. İnsanların bir hissəsi geri çəkilirdi, bir hissəsi isə əksinə, irəli gedirdilər. Mən ön sıralarda idim. Tankla aramızda təxminən 10 metr məsafə qalmışdı. Elə həmin anda atəş açıldı. Tankın içərisindən mənə güllə atdılar. Sol ayağımda kəskin bir istilik hiss etdim. Əvvəlcə elə bildim ki, kimsə ayağıma toxundu. Qaçmaq istəyəndə gördüm ki, şalvarım cırılıb, ayağımdan qan axır. Artıq yaralandığımı anladım. Güllə sol ayağımın bud nahiyəsinə dəymişdi. İnsanın belə anlarda saniyələr içində beynindən min cür fikir keçir. Yıxılmaq istəmirdim, çünki bilirdim: yerdə qalanı ya tank əzəcək, ya da yenidən güllələyəcəklər. Amma artıq ayağım məni saxlamadı, yerə yıxıldım.

- Bəs necə xilas oldunuz?

- Tank mənə çox yaxın idi. Ətrafda güllə səsləri, insanların qışqırığı, fəryadı eşidilirdi. Bir gənc məni yaxınlıqdakı bir mənzilə apardı.

Evdə mənə ilkin tibbi yardım göstərildi. Ayağımdan axan qan dayanmırdı. Bir xanım yarama sarğı qoydu. Məni əvvəl bir tibb məntəqəsinə, sonra isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna apardılar. Günyarımdan sonra əməliyyat olundum.

- Yaranız ciddi idi?

- Bəli, güllə diz nahiyəmdə çox ciddi zədə yaratmışdı. Dizimin təxminən üçdəbir hissəsi yox idi. Həkimlər deyirdilər ki, dizim tam işləməyə bilər. Amputasiya təhlükəsi də vardı, amma buna yol verilmədi. Dörd ay gipsdə qaldım. Sonra uzun və ağır bir müalicə prosesi başladı. Xəstəxanada yatarkən baş verənləri görmək, eşitmək isə ayrı bir faciə idi. Meyitlər gətirilirdi. Bəzən insanlar iki gün, üç gün yaxınlarını tapa bilmirdilər. Hətta indi də, soyuq havalarda dizimdəki yaranın yeri yenidən sızıldayır.

- Ailəniz sizin yerinizi bilirdi?

- Qardaşım iki gün məni axtarmışdı. Elə bilirdi ki, mən də ölənlər arasındayam. Xəstəxanada mənimlə eyni palatada yatanlardan biri meyitlərin arasından sağ tapılmışdı. Onu ölü bilib apararkən yolda nəfəs aldığını görmüşdülər. Geri qaytarmışdılar. Ayaqları ağır yaralı idi, sonradan əməliyyat olundu.

- Əliyalın insanlara qarşı hansı cinayətləri törədirdilər?

- İnsanlara təkcə güllə atmırdılar. Avtomatların qundaqları ilə döyürdülər, tanklarla maşınların, insanların üzərindən keçirdilər. Qaçanları da, qaça bilməyənləri də güllələyirdilər. Yaralı olanlara belə aman vermirdilər. Yerdə yaralı qalanları da öldürürdülər.

- 20 Yanvar hadisələri sizin üçün nəyi ifadə edir?

- O gecə qadın, kişi, uşaq demədən hamı küçələrdə idi. Bu faciə təkcə Bakının deyil, bütün Azərbaycanın idi. Xalq həmin gecə öz ləyaqətini, qeyrətini və iradəsini ortaya qoydu. 20 Yanvar şəhidləri azadlıq mübarizəmizin ilk qurbanlarıdır. Sonrakı illərdə Qarabağda, Vətən müharibəsində şəhid olan igidlər də məhz həmin yolun davamçıları oldular.

Əgər bu gün də Vətən təhlükə qarşısında qalsa, yenə eyni yolu seçərəm. Çünki 20 Yanvar bizə göstərdi ki, azadlıq bəzən can bahasına başa gəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri