Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıya yeridilməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən birinə çevrildi.
Dinc əhaliyə qarşı tətbiq olunan qeyri-adekvat güc 131 nəfərin ölümü, 744 nəfərin yaralanması və 841 nəfərin qanunsuz həbsi ilə nəticələndi.
Bu qanlı əməliyyatın arxasında duran əsas siyasi və hərbi fiqurların sonrakı taleyi isə illərdir cəmiyyətin maraq dairəsindədir.
Turkustan.az Modern.az-a istinadən 20 Yanvar faciəsinin təşkilatçılarının aqibətini təqdim edir: Mixail Qorbaçov SSRİ-nin son prezidenti olan Qorbaçov 20 Yanvar qərarının verildiyi dövrdə ali siyasi məsuliyyət daşıyan şəxs olub.
Onun göstərişi ilə fövqəladə vəziyyət elan edildi və Qırmızı Ordu Bakıya yeridildi.
Qorbaçov sonrakı illərdə bu qərarın “zəruri” olduğunu iddia etsə də, nə Azərbaycan cəmiyyətindən, nə də beynəlxalq aləmdən üzrxahlıq etdi.
SSRİ dağıldıqdan sonra siyasi təsirini itirdi, lakin 20 Yanvarla bağlı hüquqi və ya siyasi məsuliyyət daşımadı.