Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar faciəsinin təşkilatçıları Onların heç biri həyatda yoxdu

20 Yanvar faciəsinin təşkilatçıları Onların heç biri həyatda yoxdu

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıya yeridilməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən birinə çevrildi. Dinc əhaliyə qarşı tətbiq olunan qeyri-adekvat güc 131 nəfərin ölümü, 744 nəfərin yaralanması və 841 nəfərin qanunsuz həbsi ilə nəticələndi. Bu qanlı əməliyyatın arxasında duran əsas siyasi və hərbi fiqurların sonrakı taleyi isə illərdir cəmiyyətin maraq dairəsindədir.

Turkustan.az Modern.az-a istinadən 20 Yanvar faciəsinin təşkilatçılarının aqibətini təqdim edir:

Mixail Qorbaçov
SSRİ-nin son prezidenti olan Qorbaçov 20 Yanvar qərarının verildiyi dövrdə ali siyasi məsuliyyət daşıyan şəxs olub. Onun göstərişi ilə fövqəladə vəziyyət elan edildi və Qırmızı Ordu Bakıya yeridildi. Qorbaçov sonrakı illərdə bu qərarın “zəruri” olduğunu iddia etsə də, nə Azərbaycan cəmiyyətindən, nə də beynəlxalq aləmdən üzrxahlıq etdi. SSRİ dağıldıqdan sonra siyasi təsirini itirdi, lakin 20 Yanvarla bağlı hüquqi və ya siyasi məsuliyyət daşımadı. Qorbaçov 2022-ci il avqustun 30-da 91 yaşında vəfat etdi.

Dmitri Yazov
O zamanlar SSRİ-nin müdafiə naziri olan marşal Dmitri Yazov Bakıya qoşun yeridilməsinin birbaşa hərbi icraçılarından idi. 20 Yanvar əməliyyatında ordunun fəaliyyətinə rəhbərlik edən əsas fiqur kimi tanınır. 1991-ci ildə Moskvada baş verən avqust çevrilişi cəhdində iştirakına görə həbs olunsa da, sonradan əfv edildi. Yazov 2020-ci il fevralın 25-də 95 yaşında Rusiyada vəfat etdi.

Vadim Bakatin
Həmin dövrdə SSRİ-nin daxili işlər naziri olan Bakatin Bakıda tətbiq olunan güc strukturlarının fəaliyyətində rol oynayan siyasi fiqurlardan biri idi. Digər sovet rəhbərlərindən fərqli olaraq, Bakatin sonradan 20 Yanvar hadisələrinə görə peşmanlıq ifadə edən nadir şəxslərdən sayılır. O, bu əməliyyatı sovet rəhbərliyinin böyük səhvi kimi dəyərləndirmişdi. SSRİ dağıldıqdan sonra siyasətdən uzaqlaşdı və 2022-ci iyulun 31-də 84 yaşında vəfat etdi.

Viktor Karpuxin
DTK-nın “Alfa” xüsusi təyinatlı dəstəsinin komandiri olan Karpuxin Bakıda həyata keçirilən xüsusi əməliyyatlarda iştirak edib. Onun rəhbərlik etdiyi qüvvələr dinc əhali üzərinə yeridilən sərt güc mexanizminin əsas elementlərindən biri idi. Sonrakı illərdə Rusiyada yaşadı və 2003-cü ildə vəfat etdi.

Yevgeni Primakov
Həmin dövrdə SSRİ Ali Sovetinin sədri və nüfuzlu siyasi fiqur olan Primakov mərkəzi hakimiyyətin mövqeyini müdafiə edənlərdən idi. 20 Yanvar hadisələri zamanı Moskvanın siyasi xəttini əsaslandırmağa çalışıb. Sonradan Rusiya Federasiyasında baş nazir və xarici işlər naziri postlarına yüksəldi. 26 iyun 2015-ci ildə vəfat edib.

Andrey Girenko
SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Andrey Girenko 20 Yanvar qərarının qəbulunda iştirak edən partiya funksionerlərindən biri kimi tanınır. Onun adı hadisəyə siyasi dəstək verən şəxslər sırasında çəkilir. O 28 dekabr 2017-ci ildə 81 yaşında vəfat edib.

Vladimir Lyaşenko
SSRİ hərbi-siyasi rəhbərliyində yer alan Lyaşenko Bakı əməliyyatı ilə bağlı qərarların icrasında iştirak edən fiqurlardan idi. Vladimir Lyaşenko həmin vaxt Xəzər Hərbi Donanmasının komandanı idi. Lyaşenko 1994-cü ildə Moskvada vəfat edib.

Aleksandr Lebed

O, faciə zamanı SSRİ Hava Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri kimi Bakıya yeridilən qüvvələrin bir hissəsinə rəhbərlik edib. Sonrakı illərdə verdiyi açıqlamalarda və xatirələrində dinc əhaliyə güc tətbiq edilməsi ilə bağlı ziddiyyətli məlumatlar verib. Lebed 2002-ci aprelin 28-də ildə 52 yaşında Rusiyada baş verən helikopter qəzasında həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri