Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İnqilab Şirinli, Beynəlxlaq Jurnalistlər Federasiyasının üzvü, politoloq 1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən qanlı olaylar Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli günlərdən, eyni zamanda taleyüklü dönüş nöqtələrindən biridir.
Sovet imperiyasının Bakıda və respublikanın digər bölgələrində həyata keçirdiyi qanlı hərbi müdaxilə təkcə insan tələfatı ilə nəticələnmədi, həm də Azərbaycan cəmiyyətində köklü siyasi şüur dəyişikliyinə səbəb oldu.
Həmin ərəfədə hadisələrinin yüksələn xətlə inkişafı mövcud siyasi status-kvonun dağılmasını sürətləndirərək yeni siyasi reallıqların formalaşdırılmasına təkan verdi.Gərgin ictimai-siyasi proseslər fonunda siyasi üfüqdə görünən sovet rejiminin dayaqları sarsılmaqda idi.
20 Yanvar hadisələrinin yaratdığı əsas siyasi reallıqlardan biri Sovet hakimiyyətinin Azərbaycan cəmiyyətində legitimliyini tam itirməsi oldu.
Hadisələrə qədər müəyyən sosial qruplarda mərkəzi hakimiyyətin “islahatçı” və ya “ədalətli” ola biləcəyi ilə bağlı ümidlər mövcud idisə, dinc əhaliyə qarşı hərbi gücdən istifadə bu düşüncələri birdəfəlik dağıtdı.
Beləliklə, Sovet İttifaqı artıq islahat yolu ilə dəyişə biləcək siyasi sistem deyil, zorakılığa əsaslanan imperiya kimi qəbul edilməyə başladı.
Bu isə sovet legitimliyinin tam iflasını sürətləndirdi. Müstəqillik ideyasının siyasi alternativdən tarixi zərurətə çevrilməsi 1990-cı ilədə