Icma.az
close
up
RU
20 Yanvar faciəsinin yaratdığı siyasi reallıqlar

20 Yanvar faciəsinin yaratdığı siyasi reallıqlar

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnqilab Şirinli,
Beynəlxlaq Jurnalistlər Federasiyasının üzvü, politoloq

1990-cı ilin 19-20 yanvar tarixlərində baş verən qanlı olaylar Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli günlərdən, eyni zamanda taleyüklü dönüş nöqtələrindən biridir. Sovet imperiyasının Bakıda və respublikanın digər bölgələrində həyata keçirdiyi qanlı hərbi müdaxilə təkcə insan tələfatı ilə nəticələnmədi, həm də Azərbaycan cəmiyyətində köklü siyasi şüur dəyişikliyinə səbəb oldu. Həmin ərəfədə hadisələrinin yüksələn xətlə inkişafı mövcud siyasi status-kvonun dağılmasını sürətləndirərək yeni siyasi reallıqların formalaşdırılmasına təkan verdi.Gərgin ictimai-siyasi proseslər fonunda siyasi üfüqdə görünən sovet rejiminin dayaqları sarsılmaqda idi.
20 Yanvar hadisələrinin yaratdığı əsas siyasi reallıqlardan biri Sovet hakimiyyətinin Azərbaycan cəmiyyətində legitimliyini tam itirməsi oldu. Hadisələrə qədər müəyyən sosial qruplarda mərkəzi hakimiyyətin “islahatçı” və ya “ədalətli” ola biləcəyi ilə bağlı ümidlər mövcud idisə, dinc əhaliyə qarşı hərbi gücdən istifadə bu düşüncələri birdəfəlik dağıtdı. Beləliklə, Sovet İttifaqı artıq islahat yolu ilə dəyişə biləcək siyasi sistem deyil, zorakılığa əsaslanan imperiya kimi qəbul edilməyə başladı. Bu isə sovet legitimliyinin tam iflasını sürətləndirdi.

Müstəqillik ideyasının siyasi alternativdən tarixi zərurətə çevrilməsi
1990-cı ilədək müstəqillik ideyası əsasən milli-demokratik hərəkatın siyasi proqramı kimi çıxış edirdi. Hadisələrdən sonra isə bu ideya cəmiyyətin geniş təbəqələri üçün tarixi zərurət statusu qazandı. Qanlı müdaxilə açıq şəkildə göstərdi ki, Azərbaycanın təhlükəsizliyi, milli maraqları və siyasi gələcəyi imperiya daxilində təmin edilə bilməz. Proseslərin inkişafı müstəqillik ideyasını utopik şüar olmaqdan çıxarıb real siyasi məqsədə yönəltdi.

Xalq–hakimiyyət münasibətlərində yeni mərhələ
Qanlı 20 Yanvar hadisələri Azərbaycan cəmiyyətində hakimiyyət anlayışına münasibəti də köklü şəkildə dəyişdi. Sovet dövründə hakimiyyət daha çox “yuxarıdan verilmiş” və mübahisə edilməz struktur kimi qəbul olunurdusa, faciədən sonra xalqın siyasi subyektliyinə dair anlayış gücləndi. İnsanlar anladılar ki, siyasi proseslərin mərkəzində xalqın özü dayanmalıdır. Bu, gələcəkdə demokratik institutlara və milli dövlətçilik modelinə yönəlmiş siyasi düşüncənin formalaşmasına zəmin yaratdı.
Milli həmrəyliyin siyasi faktora çevrilməsi
Sovet hakimiyyətinin məqsədli şəkildə törətdiyi faciə Azərbaycan cəmiyyətində görünməmiş milli həmrəylik yaratdı. Müxtəlif sosial təbəqələr, ideoloji baxışlar və regional fərqlər arxa plana keçdi. Şəhidlərin dəfni və ümumxalq matəmi milli birliyin spontan, lakin güclü siyasi təzahürü kimi önə çıxdı. Formalaşan monlit həmrəylik sonradan milli azadlıq hərəkatının əsas dayaqlarından birinə çevrildi və kollektiv siyasi iradənin sistemli şəkildə formalaşmasını sürətləndirdi.

Beynəlxalq müstəvidə yeni imic və siyasi mesaj
İnformasiya blokadasına baxmayaraq 20 Yanvar hadisələri Azərbaycan məsələsini beynəlxalq gündəmə çıxardı. Sovet ordusunun dinc əhaliyə qarşı zorakılığı imperiyanın dağılmaqda olan siyasi mahiyyətini dünya ictimaiyyətinə nümayiş etdirdi. Azərbaycan ilk dəfə olaraq beynəlxalq müstəvidə təkcə Sovet respublikası deyil, hüquqları pozulan bir xalq və gələcəkdə müstəqil dövlət qurmağa namizədi kimi qəbul olunmağa başladı. Bu, sonrakı illərdə müstəqilliyin beynəlxalq səviyyədə tanınması üçün mühüm hüquqi, psixoloji və siyasi baza formalaşdırdı.

Elitanın transformasiyası və yeni siyasi liderlik tələbi
Hadisələr mövcud sovet nomenklaturasının acizliyini, siyasi simasını(oxu:simasızlığını), eyni zamanda xalqdan qopmasını üzə çıxardı. Bu isə cəmiyyətdə yeni siyasi liderlərə və milli maraqlara söykənən elitaya tələbat yaratdı. Sütunları çürümüş siyasi rejimin törətdiyi bəşəri cinayət göstərdi ki, xalqın iradəsini ifadə etməyən siyasi elita legitimliyini itirməyə məhkumdur. Nəticədə milli liderlik, dövlətçilik təcrübəsi və siyasi məsuliyyət anlayışlarının yeni məzmunda meydana çıxması mühüm əhəmiyyət kəsb etdi.
36 il öncə Sovet Rusiyası tərəfindən törədilən faciənin tarixi və politoloji təhlili göstərir ki, 20 Yanvar Azərbaycan tarixində təkcə soyqırım deyil, həm də yeni siyasi reallıqların,milli iradənin, azadlıq ideyalarının, milli özünüdərkin formalaşdığı dönüş nöqtəsidir. Çünki bu hadisələr Sovet imperiyasının siyasi süquqtunu sürətləndirdi, müstəqillik ideyasını tarixi zərurətə çevirdi, xalqın öz siyasi müqəddəratını həlletmə ruhunu gücləndirdi və milli dövlətçiliyin ideoloji əsaslarını möhkəmləndirdi. Məhz bu baxımdan 20 Yanvar faciəsi Azərbaycan dövlətçiliyinin bünövrəsində duran, ağır itkilərlə başa gəlmiş, lakin mühüm tarixi və strateji əhəmiyyət daşıyan siyasi hadisə kimi qiymətləndirilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Yanvar 2026 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri