20 Yanvar hadisəsi Sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədil…
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bakı, 18 yanvar, AZƏRTAC 1990-cı ilin 20 Yanvar faciəsindən 35 il keçir.
20 Yanvar tarixi Azərbaycan xalqının tarixi yaddaşında həm qanlı faciə, həm də müstəqillik yolunda əzmkarlıq və yenilməzlik simvolu kimi qalıb.
1990-cı ilin 20 Yanvar hadisəsi 1987-ci ilin sonlarından başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı xalqımızın etirazını və mübarizəsini boğmaq cəhdi idi.
SSRİ rəhbərliyi Azərbaycan xalqının haqlı tələblərini yerinə yetirmək əvəzinə, ona qarşı dəhşətli cinayət törətdi.
birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Filip Babkovun rəhbərliyi ilə əsasən ermənilərdən ibarət 66 min nəfərlik qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, xalqımıza qarşı milli qırğın törədildi.
Dinc nümayiş keçirən əliyalın vətəndaşlarının üzərinə tank, PDM və digər ağır texnikalardan, müxtəlif silahlardan istifadə edilməklə hücuma keçmək və insanları kütləvi şəkildə amansızcasına qətlə yetirmək dövlət səviyyəsində insanlığa qarşı törədilmiş cinayət idi.AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov söyləyib.
Deputat bildirib ki, Azərbaycanda Sovet qoşunlarının müxtəlif birləşmələri olduğu halda, əsas etibarilə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantlardan ibarət qoşun hissələrinin ölkəmizə yeridilməsində əsas məqsəd ermənilərdə azərbaycanlılara qarşı formalaşdırılmış nifrət hissindən xalqımıza qarşı istifadə etmək, bu yolla onu daha ağır formada cəzalandırmaq, onun mübarizə əzmini qırmaq və insanlara divan tutmaq idi.
Bunun nəticəsi idi ki, Bakıda əliyalın nümayişçilərə qarşı xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi.
Tam oxu
Xəbəri oxu