Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

20 Yanvar hadisəsi Sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədilmiş cinayətdir AZƏRTAC

20 Yanvar hadisəsi Sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədilmiş cinayətdir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 yanvar, AZƏRTAC

1990-cı ilin 20 Yanvar faciəsindən 35 il keçir. 20 Yanvar tarixi Azərbaycan xalqının tarixi yaddaşında həm qanlı faciə, həm də müstəqillik yolunda əzmkarlıq və yenilməzlik simvolu kimi qalıb. 1990-cı ilin 20 Yanvar hadisəsi 1987-ci ilin sonlarından başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı xalqımızın etirazını və mübarizəsini boğmaq cəhdi idi. SSRİ rəhbərliyi Azərbaycan xalqının haqlı tələblərini yerinə yetirmək əvəzinə, ona qarşı dəhşətli cinayət törətdi. birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Filip Babkovun rəhbərliyi ilə əsasən ermənilərdən ibarət 66 min nəfərlik qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, xalqımıza qarşı milli qırğın törədildi. Dinc nümayiş keçirən əliyalın vətəndaşlarının üzərinə tank, PDM və digər ağır texnikalardan, müxtəlif silahlardan istifadə edilməklə hücuma keçmək və insanları kütləvi şəkildə amansızcasına qətlə yetirmək dövlət səviyyəsində insanlığa qarşı törədilmiş cinayət idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov söyləyib.

Deputat bildirib ki, Azərbaycanda Sovet qoşunlarının müxtəlif birləşmələri olduğu halda, əsas etibarilə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantlardan ibarət qoşun hissələrinin ölkəmizə yeridilməsində əsas məqsəd ermənilərdə azərbaycanlılara qarşı formalaşdırılmış nifrət hissindən xalqımıza qarşı istifadə etmək, bu yolla onu daha ağır formada cəzalandırmaq, onun mübarizə əzmini qırmaq və insanlara divan tutmaq idi. Bunun nəticəsi idi ki, Bakıda əliyalın nümayişçilərə qarşı xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi. Bütün bunlar əvvəlcədən hazırlanmış xüsusi plan əsasında həyata keçirildi.

1990-cı il yanvarın 19-20-də Sovet imperiyası öz əliyalın vətəndaşlarının üzərinə tanklarla və digər ağır texnikalarla hücuma keçib milli qırğın törətməklə hərbi qələbə qazansa da, bu hadisə ilə əslində məğlub oldu, Azərbaycanda özünün bütün siyasi, sosial və hüquqi dayaqlarını itirdi. Azərbaycan xalqının əzmini və iradəsini qırmaq isə mümkün olmadı. Ölkədə fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, 20 Yanvar şəhidlərinin bütün Azərbaycan xalqının səfərbər olunması ilə həyata keçirilən dəfn mərasimi əhalinin kütləvi şəkildə partiya biletlərini yerə atıb yandıraraq onun sıralarını tərk etməsi ilə müşayiət olundu. Bu, Azərbaycan xalqının Sovet imperiyası üzərində qazandığı mənəvi qələbə idi. Məhz 20 Yanvar hadisəsindən sonra Azərbaycanın azadlığı və müstəqilliyi ideyası xalqımızın ümummilli amalına çevrildi və bu amal uğrunda mübarizə 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə nəticələndi.

XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik uğrunda mübarizədə səfərbər oldu və hər ikisində özünün müstəqilliyinə qovuşdu: 1918-ci il mayın 28-də yüz illik rus müstəmləkə əsarətindən sonra Azərbaycan müstəqillik əldə etdi və 1991-ci il oktyabrın 18-də 71 illik sovet əsarətindən sonra özünün müstəqilliyini bərpa etdi. Lakin hər iki dəfə Azərbaycan xalqının milli azadlıq hərəkatına divan tutmaq, onun müstəqillik əzmini və iradəsini qırmaq və onun müstəqilliyinə imkan verməmək üçün Azərbaycan xalqına qarşı soyqırımı və milli qırğın törədildi: 1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən törədilən Mart soyqırımı və 1990-cı ildə Sovet imperiyası tərəfindən törədilən 20 Yanvar qırğını. Hər iki hadisə Azərbaycan xalqının milli azadlıq mübarizəsində dönüş mərhələsi, dönüş nöqtəsi oldu və bu mübarizə müstəqil Azərbaycan dövlətinin yaranması ilə nəticələndi.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində öz həllini tapdı. Heydər Əliyev böyük cəsarət göstərərək 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu hadisənin tərədilməsində Sovet İttifaqı rəhbərliyinin və onun tapşırıqlarını yerinə yetirən respublika rəhbərlərinin günahkar olduğunu və məsuliyyət daşıdığını bəyan etdi. Heydər Əliyev faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində siyasi-hüquqi qiymət verildi, faciənin günahkarları konkret olaraq qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ulu Öndərin yolunu bu gün uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 143 mənzil, 100-dək avtomobil təqdim edilib. Bu, 20 Yanvar şəhidlərinə ali diqqət və ehtiramı əks etdirən Azərbaycanın dövlət siyasətinin bir göstəricisidir.

“Hər il yanvarın 20-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan dövləti və xalqı azadlığımızın və müstəqilliyimizin simvoluna çevrilən 20 Yanvar şəhidlərinin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini hər zaman əziz tutur. 1990-cı ilin qanlı 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə kimi deyil, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın şərəfli bir səhifəsi, milli azadlıq hərəkatımızın zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri