“20 Yanvar hüznlə qürurun bir araya gəldiyi tarix” ŞƏRH | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında iki duyğunu birləşdirən nadir tarixlərdəndir: hüzn və qürur.
Hüzn – itkilərə, qırılan talelərə, yaralanan şəhərə görədir. Qürur isə – xalqın sınmayan iradəsinə, haqqını susdurmayan mövqeyinə görə.
36 il sonra da bu tarix xatırlananda ürək ağrıyır, amma baş da dik qalır. 1990-cı ilin yanvarında cəmiyyətdə gərginlik artmışdı.
İnsanlar həm ədalətsizliyə, həm də milli hüquqların tapdanmasına qarşı etiraz edirdilər.
O gecə sovet qoşunlarının Bakıya daxil olması ilə hadisələr faciəvi məcraya keçdi.
Dinc insanlara qarşı güc tətbiqi, müxtəlif növ silahlardan istifadə, həbslər və mülki obyektlərin hədəf alınması bir daha göstərdi ki, totalitar sistem öz varlığını qorumaq üçün hətta insan həyatını belə “alətə” çevirə bilir.
Ancaq tarix həm də onu göstərir ki, belə yanaşma xalqın içindəki azadlıq istəyini məhv etmir – əksinə, onu daha da gücləndirir.
Tam oxu
Xəbəri oxu