Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi."Report" xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyanın qrup toplantısındakı çıxışında deyib.MHP lideri 1990-cı il 20 yanvar tarixini Azərbaycanın öz istiqlaliyyəti uğrunda apardığı mübarizənin silahla basdırılmasına edilmiş cəhd kimi qiymətləndirib:"Həmin gün Bakıda və Azərbaycanın müxtəlif bölgələrində qətliamlar törədildi.
Rəsmi məlumatlara görə, həmin gün 147 mübariz şəhid oldu. Lakin sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın i
20 Yanvar qətliamı Azərbaycanın öz müstəqilliyi uğrunda ödədiyi ən böyük bədəl olaraq tarixə keçib.
Bu, həm də Türk dünyası üçün çox önəmli günlərdən biridir".D.Bağçalı Azərbaycanın 2020-ci ildə baş verən 44 günlük müharibədə qazandığı böyük zəfərlə azadlıq və ədaləti bərpa etdiyini vurğulayıb.
O, Azərbaycanla Türkiyənin sonsuza qədər birgə olacağını bir daha bəyan edib:"Taleyimiz, keçmişimiz, gələcəyimiz, qərarımız və qətiyyətimiz sonsuza qədər birdir.
Tək millət, iki dövlət prinsipinə hər zaman əməl olunacaq". Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedi