“20 Yanvar qətliamı Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi” Dövlət Bağçalı
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi.
"Report" xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyanın qrup toplantısındakı çıxışında deyib.
MHP lideri 1990-cı il 20 yanvar tarixini Azərbaycanın öz istiqlaliyyəti uğrunda apardığı mübarizənin silahla basdırılmasına edilmiş cəhd kimi qiymətləndirib:
"Həmin gün Bakıda və Azərbaycanın müxtəlif bölgələrində qətliamlar törədildi. Rəsmi məlumatlara görə, həmin gün 147 mübariz şəhid oldu. Lakin sovetlərin 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliam Azərbaycanın istiqlal mübarizəsini əngəlləyə bilmədi. 20 Yanvar qətliamı Azərbaycanın öz müstəqilliyi uğrunda ödədiyi ən böyük bədəl olaraq tarixə keçib. Bu, həm də Türk dünyası üçün çox önəmli günlərdən biridir".
D.Bağçalı Azərbaycanın 2020-ci ildə baş verən 44 günlük müharibədə qazandığı böyük zəfərlə azadlıq və ədaləti bərpa etdiyini vurğulayıb.
O, Azərbaycanla Türkiyənin sonsuza qədər birgə olacağını bir daha bəyan edib:
"Taleyimiz, keçmişimiz, gələcəyimiz, qərarımız və qətiyyətimiz sonsuza qədər birdir. Tək millət, iki dövlət prinsipinə hər zaman əməl olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Yanvar 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















