Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün “Soy Production” istehsalı olan “20 yanvar – Qürur günü” qısametrajlı filmin təqdimatı keçirilib.OLAY yazır ki, tədbirdə millət vəkilləri Razi Nurullayev, Vüqar Rəhimzadə , Xalq artisti Mehriban Zəki və müxtəlif sənət nümayəndələri, şəhid ailələri iştirak edib.Əməkdar artist Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılan ekran işini AI artist Sarvan Hüseyn ərsəyə gətirib.
19 yanvar gecəsi yaşananlar və sonrasını ələ alan filmin ssenari müəllifi isə Fariz Əliyev, quruluşçu rejissoru Babək Sübhanidir.D.Əliyeva bildirib ki, süni intellekt tariximizi, yaşadığımız faciələri və hadisələri gələcək nəsilə ötürmək üçün unikal vasitələrdən biridir.
İrəliləyən zamanlarda istək və dəstək olarsa, daha böyük filmlərə imza atmağı düşünür:“Filmin ərsəyə gəlməsində həmin gecənin şahidlərindən, şəhidlərin ailələrindən fikirlər aldıq.
Xronoloji ardıcıllığı, müxtəlif məkanlarda gedən mübarizəni fərqli şəkildə göstərməyə çalışdıq”.Filmi ərsəyə gətirən Sarvan Hüseyn layihə üçün günlərlə yuxusuz qaldığını bildirib:“Mənim də dayım şəhid olub.
Ailələrin nə çəkdiyini bilirəm. Çünki bütün bunlar bizim evdə də yaşanıb.
Bir vətəndaş olaraq mən də öz borcumu yerinə yetirib bu işi ərsəyə gətirdim”.Xalq artisti Mehriban Zəki film haqda danışarkən bu sözləri dilə gətirib:“Bunu heç kim Dilarədən istəməyib.
O, bir vətəndaş olaraq təşəbbüsünü irəli sürüb və çox gözəl alınıb.