Icma.az
close
up
RU
“20 yanvar Qürur günü” filmi təqdim edildi

“20 yanvar Qürur günü” filmi təqdim edildi

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün “Soy Production” istehsalı olan “20 yanvar – Qürur günü” qısametrajlı filmin təqdimatı keçirilib.

OLAY yazır ki, tədbirdə millət vəkilləri Razi Nurullayev, Vüqar Rəhimzadə , Xalq artisti Mehriban Zəki və müxtəlif sənət nümayəndələri, şəhid ailələri iştirak edib.

Əməkdar artist Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılan ekran işini AI artist Sarvan Hüseyn ərsəyə gətirib. 19 yanvar gecəsi yaşananlar və sonrasını ələ alan filmin ssenari müəllifi isə Fariz Əliyev, quruluşçu rejissoru Babək Sübhanidir.

D.Əliyeva bildirib ki, süni intellekt tariximizi, yaşadığımız faciələri və hadisələri gələcək nəsilə ötürmək üçün unikal vasitələrdən biridir. İrəliləyən zamanlarda istək və dəstək olarsa, daha böyük filmlərə imza atmağı düşünür:

“Filmin ərsəyə gəlməsində həmin gecənin şahidlərindən, şəhidlərin ailələrindən fikirlər aldıq. Xronoloji ardıcıllığı, müxtəlif məkanlarda gedən mübarizəni fərqli şəkildə göstərməyə çalışdıq”.

Filmi ərsəyə gətirən Sarvan Hüseyn layihə üçün günlərlə yuxusuz qaldığını bildirib:

“Mənim də dayım şəhid olub. Ailələrin nə çəkdiyini bilirəm. Çünki bütün bunlar bizim evdə də yaşanıb. Bir vətəndaş olaraq mən də öz borcumu yerinə yetirib bu işi ərsəyə gətirdim”.

Xalq artisti Mehriban Zəki film haqda danışarkən bu sözləri dilə gətirib:

“Bunu heç kim Dilarədən istəməyib. O, bir vətəndaş olaraq təşəbbüsünü irəli sürüb və çox gözəl alınıb. Bu addımı üçün ona təşəkkür edirəm!”.

Millət vəkilləri Razi Nurullayev və Vüqar Rəhimzadə də D. Əliyevaya təşəkkür edərək, onun bu addımını alqışlayıblar. Deputatlar qanlı yaddaşımızın yaşadılması üçün bu cür filmlərin davamlı ərsəyə gəlməsini və dünya ictimaiyyətinə çatdırılmasının doğru addım olduğunu vurğulayıblar.

Qeyd edək ki, layihənin təqdimatı Nizami Kino Mərkəzində baş tutub. Hazırda film sosial şəbəkələrdə və yutubda onlayndır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://olay.az
archiveBu xəbər 20 Yanvar 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri