20 Yanvar şəhidinin bacısı: Xəstəxanadakı bütün qadınlar anam kimi ağlayıb qardaşımı yola …
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olan 20 Yanvar faciəsindən 36 il keçir.
Həmin hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixidır.
Xalqımız əliyalın halda Sovet tanklarının qarşısına çıxan qəhrəmanlarının xatirəsini ehtiramla anır, onlarla qürur duyur.
Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər keçsə də 20 Yanvar şəhidləri xalqımız tərəfindən həmişə xatırlanacaq, onların qəhrəmanlığı qürur və iftixar mənbəyi olaraq qalacaq.
Qeyd edək ki, Bakıya və Azərbaycanın bir neçə rayonuna qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.
Şəhidlərimiz arasında xalqımızın qəhrəman oğullarından biri Ələsgər Qayıbov da var idi.
Baş verən hadisələri Ələsgər Qayıbovun bacısı Sərmayə Qayıbova belə xatırlayır: “Həmin dövrdə qardaşım Ələsgər Qayıbov İnşaat Universitetinin II kurs tələbəsi idi.
O, xalq hərəkatında çox fəal idi. Demək olar ki, bütün nümayişlərdə iştirak edirdi. Biz əslən Gürcüstanın Qaraçöp kəndindənik.
Tam oxu
Xəbəri oxu