“20 Yanvar Sovet İttifaqının dağılma prosesini sürətləndirən hadisələrdən biri oldu” | Icm…
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.
Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib.
Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.
Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.Tarix elmləri doktoru Lətifə Əliyeva Demokrat.az-a açıqlamasında deyib ki, 20 Yanvar hadisələri XX əsr Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən həlledici səhifələrindən biridir:“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyinin qərarı ilə Bakıya və respublikanın bir sıra bölgələrinə təxminən 26 min nəfərə yaxın silahlı hərbi kontingent yeridildi.
Hərbi vəziyyət elan olunmadan, əhali xəbərdar edilmədən həyata keçirilən bu əməliyyat beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi.
Tam oxu
Xəbəri oxu