Icma.az
close
up
RU
“20 Yanvar Sovet İttifaqının dağılma prosesini sürətləndirən hadisələrdən biri oldu”

“20 Yanvar Sovet İttifaqının dağılma prosesini sürətləndirən hadisələrdən biri oldu”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Tarix elmləri doktoru Lətifə Əliyeva Demokrat.az-a açıqlamasında deyib ki, 20 Yanvar hadisələri XX əsr Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən həlledici səhifələrindən biridir:
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyinin qərarı ilə Bakıya və respublikanın bir sıra bölgələrinə təxminən 26 min nəfərə yaxın silahlı hərbi kontingent yeridildi. Hərbi vəziyyət elan olunmadan, əhali xəbərdar edilmədən həyata keçirilən bu əməliyyat beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Hücumdan bir neçə saat əvvəl Bakının televiziya mərkəzinin enerji bloku partladıldı və respublika informasiya blokadasına alındı. Məqsəd xalqın baş verənlərdən xəbərsiz qalması və müqavimətin qarşısının alınması idi. Buna baxmayaraq, insanlar küçələrə çıxdı, barrikadalar qurdu və silahsız halda tankların, zirehli texnikanın qarşısına çıxdı. Sovet ordusu yaşayış məhəllələrinə, təcili yardım maşınlarına, hətta piyada olan insanlara atəş açdı”.
Tarixçi bildirib ki, 130-dan çox dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı, onlarla şəxs itkin düşdü:
“Lakin qeyri-rəsmi mənbələr itkilərin daha çox olduğunu bildirir. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlı insanlar da vardı. Bu fakt bir daha göstərir ki, əməliyyatın hədəfi silahlı qruplar deyil, bütövlükdə Azərbaycan xalqının iradəsi idi. 20 Yanvar hadisələrinin mühüm tarixi məqamlarından biri də Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada, Azərbaycanın daimi nümayəndəliyində verdiyi sərt bəyanat oldu. O, Sovet rəhbərliyini açıq şəkildə ittiham edərək, bu hadisəni Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət adlandırdı. Bu çıxış həmin dövrdə böyük siyasi cəsarət nümunəsi idi və beynəlxalq aləmdə də rezonans doğurdu. 
20 Yanvar Sovet İttifaqının dağılma prosesini sürətləndirən hadisələrdən biri oldu. Bu faciədən sonra Azərbaycan cəmiyyətində sovet hakimiyyətinə inam tamamilə itdi, müstəqillik ideyası artıq geri dönməz xarakter aldı. Bir il sonra 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu gün 20 Yanvar təkcə matəm günü deyil, həm də şəhidlik, milli ləyaqət və azadlıq dərsidir. O gecə həyatını itirən insanlar silahsız olsalar da, tarix qarşısında qalib oldular. Çünki onların qanı üzərində Azərbaycan müstəqil dövlət kimi formalaşdı və bu hadisə xalqın öz azadlığı uğrunda nələrə qadir olduğunu bütün dünyaya göstərdi”.
Leyla Turan
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri