“20 Yanvar xalqımızı daha da qətiyyətli etdi” | Icma.az
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“20 Yanvar 1990-cı il hadisəsi Azərbaycan xalqının tarixində ən kədərli, ağır tarixdən biridir.
Tərkibində olduğumuz Sovet İttifaqı Azərbaycan xalqının suverenliyini qorumaq əvəzinə, ona silah qaldırdı, dinc vətəndaşı güllə-baraban etdi, vətəndaşını qorumalı olan dövlət vətəndaşının üzərində qətliam törətdi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, yeganə səbəb isə ondan ibarət idi ki, Azərbaycan xalqı öz torpağını, suverenliyini qorumaq üçün ayağa qalxmışdı: “Bu isə SSRİ rəhbərliyinin torpaqlarımızı növbəti dəfə Ermənistana vermək planlarına uyğun gəlmirdi və bu qətliamla dövlət Azərbaycan xalqının gözünü qorxutmaq, onu öz istəklərindən geri çəkilməyə məcbur etmək istəyirdi.
Ancaq gözlədiyinin əksinə oldu. Bu hadisə xalqımızı daha da qətiyyətli etdi.
Bu qətiyyət Azərbaycanı öz dövlət müstəqilliyini bərpa etməsinə və uzunmüddətli olsa da ərazi bütövlüyümüz uğrunda mübarizəyə gətirib çıxardı”.
Deputat qeyd edib ki, bu faciə ona görə baş vermişdi ki, həmin dövrdə xalqa liderlik edəcək, hamının etimadını qazanmış təcrübəli lider yox idi: “Xalq öz nicatını Ulu Öndər Heydər Əliyevdə görürdü.
Tam oxu
Xəbəri oxu