Icma.az
close
up
RU
“20 Yanvar xalqımızı daha da qətiyyətli etdi”

“20 Yanvar xalqımızı daha da qətiyyətli etdi”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“20 Yanvar 1990-cı il hadisəsi Azərbaycan xalqının tarixində ən kədərli, ağır tarixdən biridir. Tərkibində olduğumuz Sovet İttifaqı Azərbaycan xalqının suverenliyini qorumaq əvəzinə, ona silah qaldırdı, dinc vətəndaşı güllə-baraban etdi, vətəndaşını qorumalı olan dövlət vətəndaşının üzərində qətliam törətdi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, yeganə səbəb isə ondan ibarət idi ki, Azərbaycan xalqı öz torpağını, suverenliyini qorumaq üçün ayağa qalxmışdı: “Bu isə SSRİ rəhbərliyinin torpaqlarımızı növbəti dəfə Ermənistana vermək planlarına uyğun gəlmirdi və bu qətliamla dövlət Azərbaycan xalqının gözünü qorxutmaq, onu öz istəklərindən geri çəkilməyə məcbur etmək istəyirdi. Ancaq gözlədiyinin əksinə oldu. Bu hadisə xalqımızı daha da qətiyyətli etdi. Bu qətiyyət Azərbaycanı öz dövlət müstəqilliyini bərpa etməsinə və uzunmüddətli olsa da ərazi bütövlüyümüz uğrunda mübarizəyə gətirib çıxardı”.

Deputat qeyd edib ki, bu faciə ona görə baş vermişdi ki, həmin dövrdə xalqa liderlik edəcək, hamının etimadını qazanmış təcrübəli lider yox idi: “Xalq öz nicatını Ulu Öndər Heydər Əliyevdə görürdü. Ancaq onun böyük siyasətdən uzaqlaşdırılması 20 Yanvar və sonradan da digər faciələrə gətirib çıxardı. Lakin xalqın dəstəyi ilə Ulu Öndərin əvvəlcə Naxçıvan Muxtar Respublikasına, sonradan Azərbaycana rəhbərlik etməsi topraqlarımızı qorumağa, müstəqilliyimizi möhkəmləndirməyə imkan verdi. Bu gün cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan özünün müstəqil dövlətçiliyini möhkəmləndirir, tarixini, mədəniyyətini, dəyərlərini qoruyub saxlayır. Müstəqilliyimiz, düzgün daxili-xarici siyasətimiz bir daha 20 yanvarların baş verməməsi üçün böyük bir zəmanətdir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri