200 min avroluq və indiyə qədər qol vurmayan Kauan... tanıtma əvəzi | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz”un heyətini gücləndirməsi
Tovuzlular yalnız mövsümün əvvəlində qazandığı xallar hesabına ilk “4-lük”də qala bilir. Hadisələrin axarı yaxşı heç nə vəd etmir.
Təbii ki, güclü və keyfiyyətli legionerlər gətirmək lazımdı. Daha əvvəl Anton Kraçkovski haqda ətraflı məlumat vermişik.
Bəlli olub ki, futbolçu o qədər də formada deyil. Komandaya faydalı olub-olmayacağı sual altındadı.
Qərb təmsilçisinin transfer etdiyi növbəti legioner Kauan Aleşandre Martins De Pauladı.“Football-plus.az” bu futbolçu ilə bağlı detalları araşdırıb.
Kauan 2000-ci ilin iyulunda dünyaya gələn, 1,88 metr boya malik braziliyalı mərkəz müdafiəçisidi.
Karyerasına vətənində başlayan futbolçu “Mariliya” və “Qremio”da çıxış edib.
2023-cü ilin fevralında Estoniyanın “Narva-Trans” klubu ilə birillik müqavilə imzalayaraq Avropada oynamağa başlayıb.
Tam oxu
Xəbəri oxu