200 min avroluq və indiyə qədər qol vurmayan Kauan... tanıtma əvəzi
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz”un heyətini gücləndirməsinə ehtiyac var.
Tovuzlular yalnız mövsümün əvvəlində qazandığı xallar hesabına ilk “4-lük”də qala bilir. Hadisələrin axarı yaxşı heç nə vəd etmir. Təbii ki, güclü və keyfiyyətli legionerlər gətirmək lazımdı. Daha əvvəl Anton Kraçkovski haqda ətraflı məlumat vermişik. Bəlli olub ki, futbolçu o qədər də formada deyil. Komandaya faydalı olub-olmayacağı sual altındadı. Qərb təmsilçisinin transfer etdiyi növbəti legioner Kauan Aleşandre Martins De Pauladı.
“Football-plus.az” bu futbolçu ilə bağlı detalları araşdırıb.
Kauan 2000-ci ilin iyulunda dünyaya gələn, 1,88 metr boya malik braziliyalı mərkəz müdafiəçisidi. Karyerasına vətənində başlayan futbolçu “Mariliya” və “Qremio”da çıxış edib. 2023-cü ilin fevralında Estoniyanın “Narva-Trans” klubu ilə birillik müqavilə imzalayaraq Avropada oynamağa başlayıb. “Narva-Trans”da çıxış etdiyi müddətdə ümumilikdə 34 oyunda iştirak edib. Bu oyunlarda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
2024-cü ilin əvvəlində Şimali Makedoniyanın “Pandev Akademiyası” klubunda forma geyib. Burda 15 çempionat, 1 kubok və 2 Konfrans Liqası oyununda iştirak edib. Cəmi 18 oyunda çıxış edən Kauan yenə məhsuldar hərəkətlə yadda qalmayıb. Ötən mövsüm ərzində 1375 dəqiqə meydanda olub.
“Transfermarkt” braziliyalıya 200 min avro qiymət qoyub.
ƏSƏD SEYİDOV
Baxış sayı:191
Bu xəbər 24 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















