Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“2024-cü il Böyük Qayıdış proqramının həyata keçirilməsində uğurlu oldu.
Keçmiş məcburi köçkünlər dövlət hesabına tikilmiş mənzillərlə təmin edildilər və mərhələli şəkildə köçürülmə prosesi baş tutdu.
Azərbaycan bu işləri heç bir xarici ölkənin və maliyyə-bank qurumunun yardımı olmadan özü təkbaşına həyata keçirir.
Bu il Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın və başqa yaşayış yerlərinə keçmiş məcburi köçkünlərin planlı şəkildə qaytarılması dövlətimizin bu istiqamətdə aydın proqramının olduğunu göstərir”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
Deputat bildirib ki, Böyük Qayıdış proqramının icrasından danışarkən bir neçə məsələni xüsusilə vurğulamaqda fayda vardır: “Belə ki, bu proses üçün keçilən yola nəzarət etmək lazımdır.
Azərbaycan dövləti Ermənistanın yeritdiyi siyasət nəticəsində tarixi torpaqlarından didərgin düşmüş və Azərbaycana qarşı hərbi təcavüzünün gedişində yurd yerlərini itirmiş təxminən bir milyon nəfər qaçqın və məcburi köçkünün problemini həll etdi.