Icma.az
close
up
RU
“2024cü il Böyük Qayıdış proqramının həyata keçirilməsində uğurlu oldu”

“2024cü il Böyük Qayıdış proqramının həyata keçirilməsində uğurlu oldu”

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“2024-cü il Böyük Qayıdış proqramının həyata keçirilməsində uğurlu oldu. Keçmiş məcburi köçkünlər dövlət hesabına tikilmiş mənzillərlə təmin edildilər və mərhələli şəkildə köçürülmə prosesi baş tutdu. Azərbaycan bu işləri heç bir xarici ölkənin və maliyyə-bank qurumunun yardımı olmadan özü təkbaşına həyata keçirir. Bu il Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın və başqa yaşayış yerlərinə keçmiş məcburi köçkünlərin planlı şəkildə qaytarılması dövlətimizin bu istiqamətdə aydın proqramının olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, Böyük Qayıdış proqramının icrasından danışarkən bir neçə məsələni xüsusilə vurğulamaqda fayda vardır: “Belə ki, bu proses üçün keçilən yola nəzarət etmək lazımdır. Azərbaycan dövləti Ermənistanın yeritdiyi siyasət nəticəsində tarixi torpaqlarından didərgin düşmüş və Azərbaycana qarşı hərbi təcavüzünün gedişində yurd yerlərini itirmiş təxminən bir milyon nəfər qaçqın və məcburi köçkünün problemini həll etdi. Dövlətimiz həmin şəxsləri dövlət vəsaiti hesabına yaşayış sahələri, işlə təmin etdi və sosial problemləri həll olundu, övladlarının təhsil haqqı ödəndi. Bundan sonra Azərbaycan dövləti təkbaşına müharibə apararaq Müzəffər Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında təcavüzkar Ermənistanı məğlub etdi və torpaqlarımız işğaldan azad olundu. Dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı, müasir şəhər, kənd və qəsəbələr salındı. Dövlət hər bir işi planlı şəkildə həyata keçirir. Buna görə də ən vacib vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərimizə keçmiş məcburi köçkünlərin qaytarılmasıdır və bu iş də uğurla davam etdirilir. Görülən işlərin cənab Prezident tərəfindən strategiyasının düzgün təmin edilməsi və həyata keçirilməsi vətəndaşların ürəyincədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri