2024cü ili idman zirvəsinə çevirənlər | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğı bu sahədə yeni uğurlar v
Yenicə yola saldığımız 2024-cü il də ölkə idmanı tarixində böyük nailiyyətlərlə dolu il kimi yaddaşlara həkk olundu.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə 2024-cü ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu vurğulayıb.
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdikləri, 1700-ə yaxın medal qazandıqları qeyd edilib.
Dövlətimizin başçısı son Olimpiya Oyunlarında əldə etdiyimiz nəticələri də yüksək qiymətləndirib.
Bildirib ki, bu, idmanımızın inkişaf etdiyini, yeni nəsil idmançıların yetişdiyini və beləliklə, Azərbaycanın idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqlədiyini göstərir.
Qeyd edək ki, komandamız ötən il keçirilən Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib.
2 qızıl, 2 gümüş və 3 bürünc qazanan ölkəmiz medal sıralamasında 30-cu yeri tutub.
Tam oxu
Xəbəri oxu